Bundan sonra məktəblərdə attestat imtahanlarını TQDK keçirəcək

Bundan sonra məktəblərdə attestat imtahanlarını TQDK keçirəcəkTəhsil Nazirliyi attestasiya üçün istifadə etdiyi maddi-texniki avadanlığı və elektron məlumat bazasını 15 günə TQDK-ya təhvil verməlidir

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyasını) TQDK həyata keçirəcək.

TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək. TQDK-ya ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmaq, üç regional bölmənin yaradılması barədə təklifini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Təhsil Nazirliyinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının 15 gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və bu fərmana uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin TQDK-nın əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etmək tapşırılıb. Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2602   Tarix: 20 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 188
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

06.05.2024 147
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 291
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 265
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 256
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 633
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 164