"Azərsu" su və kanalizasiya tariflərinin aşağı olmasından şikayətlənir

"Azərsu" su və kanalizasiya tariflərinin aşağı olmasından şikayətlənirÖtən maliyyə ilində "Azərsu" ASC-nin cəmi satışdan gəlirləri 165 milyon 745 min manat təşkil edib. Bu da 2016-cı illə müqayisədə 5 milyon 908 min manat – 3,7% çoxdur.

BiG.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, "Azərsu" su satışından 110 milyon 621 min manat, kanalizasiya xidmətlərindən 51 milyon 449 min manat gəlir əldə edib.

Su satışından gəlirlər azalıb

Müqayisələr göstərir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə "Azərsu"nun su satışından gəlirləri 4 milyon 924 min manat, kanalizasiya xidmətlərindən gəliri isə 10 milyon 316 min manat azalıb.

"Azərsu"ya 80 milyon manata yaxın debitor borc var

Maliyyə hesabatından aydın olur ki, 2017-ci ildə suyun satışından debitor borclar 73 milyon 258 min manat təşkil edib. Bu da 2016-cı illə müqayisədə 1 milyon 779 min manat azdır.

O ki qaldı debitor borcun əhali və qeyri-əhali kateqoriyası üzrə bölgüsünə, 2017-ci il tarixində ticarət debitor borclarının 37 milyon 210 min manatı qeyri-əhali, 36 milyon 48 min manatı əhali qrupu üzrə olub.

2016-cı ilin sonunda qeyri-əhali qrupunun "Azərsu"ya debitor borcu 52 milyon 956 min manat, əhalinin borcu isə 22 milyon 81 min manat təşkil edib.

Göründüyü kimi, ötən il qeyri-əhalinin ASC-yə borcu 15 milyon 746 min manat (30%) azalıb, əhalinin borcu isə 13 milyon 967 min manat (63%) artıb.

Su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən iki dəfəyə yaxın yuxarıdır

Hesabatda "Azərsu" su və kanalizasiya tariflərinin aşağı olmasından şikayətlənir. Bildirilir ki, su və kanalizasiya xidmətləri üzrə tariflər tam maya dəyərindən aşağı olduğundan ASC-nin əməliyyat pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlığa səbəb olub.

"Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən, Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olub.

Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən iki dəfəyə yaxın çox olub.

Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib-hazırlayıb. Bu da ASC-nin abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaq.

Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq edib. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minib. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra ASC-nin maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib-çıxaracaq.

Bununla belə, "Azərsu" fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır", - deyə maliyyə hesabatında qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 01 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3