Nazirlik "Mega store", "Cafe Park", "Krevetka"... nöqsanlar aşkarladı - VİDEO

Nazirlik "Mega store", "Cafe Park", "Krevetka"... nöqsanlar aşkarladı - VİDEOVergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb.

Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub. Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə olunub.

Səbail rayonunda yerləşən "Viva dessert" şirniyyat mağazasında, Nəsimi rayonundakı "Geox" ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən "Lider inşaat" santexnika mağazasında və "Nobel elektrik" elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib.

Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən "Mega store" supermarketində, Yasamal rayonunda yerləşən "One pub kafe" və "Cafe Park" kafelərində, Səbail rayonunda fəaliyyət göstərən "Pappa Rotti" və "Ajda" kafelərində, Nərimanov rayonundakı "SİS underwear" mağazasında, Nəsimi rayonunda yerləşən "Ador" ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən "Türkoğlu dönər" kafesində, "28 pub" restoranında, "Krevetka" kafesində, Səbail rayonunda yerləşən "Mughal" restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən "Spar market"də, "URP" mağazasında və "Araz supermarket"də, Yasamal rayonunda Həsənov İlhama məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən "Ted Baker" mağazasında, Səbail rayonu ərazisində yerləşən "Baumler" mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən "Sekrets" kafesində, Nəsimi rayonunda yerləşən "Game and cinema center"də, Səbail rayonundakı "Coffe station" kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib edilib.

Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45%-nə cərimələr tətbiq edilib, 15%-də qanun pozuntları aşkar edilməyib, qalan 40%-i üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergi ödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında "keçid ili" olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Unutmayaq ki, kassa çekləri sizin istehlakçı hüquqlarınızın pozulduğu hallarda, mənafelərinizin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 29 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 357
.

Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu

15:30 219
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 319
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

20:23 0
.

Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - Yenilənib

Azərbaycanla Surinam arasında diplomatik pasport sahibləri vizadan azad edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqınd

14:48 220
.

Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb

Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı

15:48 157
.

II Dünya Müharibəsi qurbanlarına təzminat: Polşa və Almaniya dialoqu

"Polşanın Baş naziri Donald Task Almaniyanın kansleri Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında Berlin hökumətini İkinci Dünya müharibəsi dövründə alman işğalından sağ çıxmış polşalı qurbanlara mümkün qədər tez təzminat verməyə çağırıb. "Əgər siz həqiqətən də bu jesti etmək istəyirsinizsə

12:53 169
.

Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var

Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb

18:15 107
.

Finlandiyada Rusiya ilə sərhədin açılması tələbi ilə avtomobil mitinqləri

Finlandiyada Rusiya ilə sərhədin açılmasını dəstəkləyən avtomobil mitinqlərinin keçirilməsi planlaşdırılır. xarici mediaya istinadən xəbər verir ki, aksiyalar Aleksandrovski Cəmiyyəti tərəfindən Lappeenranta Şəhər Şurasının üzvü İvan Devyatkin və digər fəallarla birgə təşkil olunacaq. Məlumata görə

11:13 336
.

TOP MP3