Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır.

Qida Təhlükəsizliyi Agentliyindən BiG.AZ-a verilən məlumata görə, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl olması da vacibdir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə yetişdikcə açıq sarıya çevrilir.

Bundan əlavə, qarpızın cizgilərı aydın olmalıdır. Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Qarpız alarkən satıcının onu kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob düşmə ehtimalı var.

Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə seçilir, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakı təhlükəlidir.

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

Qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil. Qarpızın dadlı olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə olunan çox miqdarda nitrat - azotlu maddələr və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.

Qarpız alarkən bunları bilmək vacibdir:

Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.

Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır.

Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.

Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük verilməlidir.

Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub saxlamaq olar.

Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 881   Tarix: 26 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549