İstirahət mərkəzi və restoranların icarədarları məsuliyyətə cəlb olundu

İstirahət mərkəzi və restoranların icarədarları məsuliyyətə cəlb olunduEkoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Sabunçu və Xəzər rayonlarında birgə reydlər keçirilib.

Bu barədə BiG.AZ-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə "Bizim Kəndimiz", eləcə də "Sultan" ailəvi istirahət mərkəzlərinin icarədarları - İlqar Allahverdiyevlə Fərahim Möhbalıyev barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə və digər istirahət zonalarında sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib. Qanunvericiliyin tələblərinə zidd olaraq dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə "Palma", "Günəş", "Şam Ağacı" restoranlarının icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev və Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında analoji tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində də həyata keçirilib. Yoxlama zamanı müəyyən edilib ki, qəsəbə ərazisindəki bağlar massivində məişət tullantıları sanitar-gigyena qaydalarına riayət olunmadan yandırılma yolu ilə məhv edilir. Bu isə ətrafa pis qoxunun yayılması və ekoloji mühitin kobud şəkildə pozulması ilə nəticələnir. Qəsəbə ərazisində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib.

Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də dənizkənarı kafe və restoranlarda, həmçinin qəsəbələrdə tullantıların ətrafa və dənizə atılmasının qarşısını almaqdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə bu tipli birgə reydlər və yoxlamalar bundan sonra da davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 522   Tarix: 24 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133