Uşaqların yanında qurban kəsmək olar? - Psixoloqdan AÇIQLAMA

Uşaqların yanında qurban kəsmək olar? - Psixoloqdan AÇIQLAMA"Bəzi insanlar uşaqların yanında qurban kəsirlər. Bu isə yolverilməzdir. Çünki bu azyaşlılarda qorxu hissinin yaranmasına, sonradan hətta şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər".

BiG.AZ xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib. Psixoloqun sözlərinə görə, valideynlərin bu cür məsuliyyətsiz addımı sonradan azyaşlıların əsəblərinə mənfi təsir göstərə bilər:

"Uşaqların yanında qurbanlıq heyvan kəsərkən onlar bu addımın mahiyyətini dərk etmirlər. Valideynlər Qurban bayramı haqqında danışandan sonra azyaşlılar sonradan elə fikirləşirlər ki, Allah da nə vaxtsa onları cəzalandıra bilər. Onları da belə kəsə bilərlər. Beləliklə, onlarda bir qorxu yaranır. Valideynlər bunun fərqinə varmadan qurbanlıq qoyunu onların gözləri qarşısında kəsməklə o qorxu hislərinin onların beynində formalaşmasına təsir göstərirlər. Praktikada rastlaşmışam ki, uşaqlar gecə yuxularında qan görüb yuxuda qışqırıblar. Onların davranışında hansısa emosional davranışlar yaranıb. Bu cür uşaqların beynindəki fobiyanı psixoloqlarlar şəkil korreksiyası ilə silə bilirlər. Görün nə dərəcədə bu addım uşaqlara mənfi təsir göstərə bilir. Bəzən bu cür qorxu hissi uşaqlarda bəzi xəstəliklərin yaranmasına səbəb olur. Stressdən şəkər xəstəliyi tapan azyaşlılar da var".

Psixoloq Aytən Ələkbərova əlavə edib ki, məsələ bununla da bitmir. Elə olur ki, uşaqlar həmin hərəkəti azyaşlı qardaş və bacılarına tətbiq edirlər:

"Uşağın əsəbinin emosiyaları oyanır. Emosiyalar da oyandıqda beynin travma çəkən yeni səbəbləri meydana çıxır. Artıq bu uşaqda psixi travmaya çevrildikdə uşaq qayçı və ya bıçağı götürüb evdə bacısına və ya qardaşına xəsarət yetirir. Nə qədər acı olsa da, biz belə hallarla qarşılaşırıq. Ona görə də valideynlər çox diqqətli olmalıdılar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

06.05.2024 188
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

06.05.2024 147
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 291
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 265
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 256
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 633
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 164