"Qoca bizim əməkdaşı şunurla boğaraq öldürüb, müəssisədən qaçmışdı" - Polkovnik

"Qoca bizim əməkdaşı şunurla boğaraq öldürüb, müəssisədən qaçmışdı" - PolkovnikBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş kimi tanınan polis əməkdaşı Hətəm Vəliyev dindirilib.

O bildirib ki, hadisə zamanı xəsarət alıb: "Əməliyyata öz maşınımla getmişdim. Hadisə yerinə çatanda Etibar atəş açırdı, başqa kiminsə atəş açıb açmadığını görmədik. Hava şəraitinə görə. Digəri yerə yıxıldı, mən onu təhvil verdim. Etibar isə bıçaqla özünə zərbə vuranda mən ona müdaxilə etdim. Paltarın üstündən 2 zərbə vurmuşdu, amma ağır xəsarət deyildi. Mən ona yaxınlaşanda köynəyini qaldırıb qarnına zərbə vurmaq istədi, bıçağı əlindən alıb qoymadım".

Zərərçəkən polis əməkdaşı təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını deyib.

Digər əməliyyatçılar prosesdə iştirak etməyib.

Prosesdə təqsirləndirilən polkovnik Bəhruz Abdullayev yenidən ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxslərdən yalnız öz əməkdaşlarını tanıyır: "Müğənnini də təkcə televizorda görmüşəm. Heç bir əlaqəm də olmayıb. Etibar Məmmədov 1996-cı ildən tanıyıram. Bizim əməkdaşı şunurla boğaraq qətlə yetirib müəssisədən qaçmışdı. Mənim telefonum sentyabr ayından dinləmədə olub, mən heç bir həbsdə olan şəxslə və ya yaxını ilə əlaqə saxlamamışam. Çünki məsuliyyətimi dərk edirdim. Mən 21 il ancaq konvoyda işləmişəm, leytenantlıqdan bu rütbəyə qalxmışam".

Tabor komandiri ifadəsinin davamında qeyd edib ki, hadisədən bir gün qabaq qarovul rəisi zəng edərək Etibar Məmmədovu Lənkəran polisi qəbul etmədiyini deyib: " Mən də Etibara görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Asim Hacıyevlə danışdım, çox xahiş etdim ki, bu məsələni həll etsin. Sonra Asim müəllim dedi ki, Astara polisi qəbul edəcək. Elə də oldu. Daha sonra mənə heç bir zəng olmadı, dustaqların hərəkəti ilə bağlı hər hansı məruzə edilmədi".

Ifadəsinə davam edən Bəhruz Abdullayev deyib ki, oktyabrın 23-cü günü səhər tezdən 7-yə işləmiş qaravul rəisi Ceyhun ona zəng edib: "Telefonu açan kimi "salamatçılıqdı" deyə soruşdum, Ceyhun "yox, dustaq qaçıb" dedi. Mən qəhərləndim, dedim "vaqondan dustaq qaçar?", sonra əməliyyat rejim rəisinə məlumat verdim. Təkrar Ceyhunla danışıb qaçanların Etibarla Əli Ağami olduğunu bildim. Sonra vaqon gələn yerə getdim, Ceyhun özündə deyildi, danışa bilmirdi. Vaqona baxdım, pəncərə 20 santimetr açıq idi. B iraz sonra rəhbərlik gəldi, həbsdə olan şəxsləri maşınlara yığdılar. Qarovul heyətinin silahları alınıb, özləri baş idarəyə aparıldı. Həmin gün axtarış əməliyyat qərargahı yaradıldı, Fədayənin görüşünə mən icazə versəydim, onu da Etibarın yaxın ətrafı siyahısına daxil edərdim. Səhərisi gün Baş Prokurorluğa çağırılıb şahid kimi ifadə verdim. Nazir müavini məni qəbuluna çağırılıb xidmətdən xaric edildiyimi bildirdi. Həmin gündən həbs edilənə kimi olanları ancaq mətbuatdan izləmişəm".

B.Abdullayev əməkdaşlar üçün ayrılan ezamiyyə pullarının yarısını mənimsəməsi və dustaqların komfortlu avtomobillə daşınması, xüsusi görüşlərin verilməsi üçün pul alması ilə bağlı ittihamı qəbul etməyib.

B.Abdullayevin istintaqa ilkin ifadəsi elan edilib, məlum olub ki, o, həmin zaman ezamiyyə pullarının yarısını mənimsədiyini, qarovul rəislərini xüsusi yerlərə təyin etmək üçün onlardan pul aldığını, həbsdə olan şəxsləri komfortlu avtomobillərlə daşınması üçün pul aldığını etiraf edib.

Polkovnik B.Abdullayev isə belə ifadə vermədiyini bildirib: "Həmin vaxt Etibar hələ tutulmamışdı, işçilərim həbsdə idi. Özümdə deyildim. Məni 5 saat qapısı bağlı otaqda saxladılar, özləri çıxıb getmişdilətər. Eynəkli bir vəkil gəlib kağız uzatdı ki, tez bunu imzala, gedirik Nəsimi məhkəməsinə. Mən də imzaladım".

Proses avqustun 27-də davam etdiriləcək.

Proses avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2403   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 360
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 443
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 0
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 103
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 480
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 369
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 303
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

10:14 314
.

Sabah da yağış yağacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

14:11 0