Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEO

Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEOAzərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb.

Gənc qadın BAKU.WS-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir:

"Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb. Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman aldırdılar, onun da xeyri olmadı.

Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin.

S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi".

A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata keçirib: "Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan qışqıranda məni təhqir edirdi.

Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim.

Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı.

Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb. Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən sancı çəkəndə "Ay Allah, mənə ölüm ver" dediyin üçün uşağın öldü".

Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEOÖvladını itirən Aytən Sadıqova

Şikayətçi körpəsinin ölümündə doğuşu həyata keçirən həkim-ginekoloq Səbinə Baharzalovanı günahlandırır: "Əvvəla, dediyim kimi, vəziyyətimə görə məni qeysəriyyə əməliyyatına salmalı idilər. İkincisi, uşağımı Səbinənin dirsəyilə qarnıma vurduğu zərbələr öldürdü. Oradaykən doğuşdan iştirak edən tibbi personaldan biri deyirdi ki, doktorun dirsəyilə vurduğu zərbələrdən uşağın ciyərləri zədələnib.

Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu zərbələrin yeri idi".

Zərərçəkmiş ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyiyinin 102 xidmətinə müraciət edib "Elə həmin günü prokurorluq nümayəndələri xəstəxanaya gəldi. Körpəmin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya İnstitutuna aparılıb. Ekspertizanın cavabını gözləyirik".

Körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Nizami rayon Porkurorluğu ilə əlaqə saxladıq. Nizami rayon prokurorunun köməkçisi Rüstəm Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də Aytən Sadıqova tərəfindən həkim Səbinə Baharzalovaya qarşı şikayət daxil olub.

"Belə bir hadisə olub. Hazırda araşdırma gedir. Sorğular aparılır, ifadələr alınır. Aparılan araşdırmalardan sonra hansısa nəticəyə gəlinəcək", - deyə Rüstəm Zeynalov bildirib.

Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEOhəkim-ginekoloq Səbinə Baharzalova

Məsələ ilə həkim-ginekoloq Səbinə Baharzalova ilə əlaqə saxladıq. Həkim Səbinə Baharzalova BAKU.WS-ə açıqlamasında iddiaları qəbul etmədiyini deyir: "Əlbəttə, biz də istəməzdik belə olsun. Təbii ki, övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə bilər. Gəlin razılaşaq ki, heç bir həkim ananın dediklərini etməz. Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər keçirib. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8467   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 313
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

20:35 0
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 226
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

20:41 0
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 172
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 513
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 244
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 777
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 295