"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTO

"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTOQazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən "Qarabağ" kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə Əvəzov sahibi olduğu kafenin Astana ədliyyə departamentinin dövlət məhkəmə icraçıları tərəfindən sökülməsinə etiraz olaraq intihar edib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

2017-ci ilin sentyabrında paytaxtın Almata rayon məhkəməsi şəhər hakimiyyətinin Mayor Əvəzova qarşı kafenin məcburi sökülməsi barədə iddia qaldırıb. İddiaya əsasən sahibkar təxminən 1 sotluq ərazidə yerləşən kafeni sökməli, ərazini boşaltmalı idi. Şəhər hakimiyyəti ərazinin qanunsuz zəbt edildiyini iddia edib. Lakin Əvəzovun nümayəndəsi məhkəmədə bildirib ki, ərazinin icarəsinə dair "Astana Green Resource" şirkəti ilə müqavilə var.

Məhkəmə isə ötən ilin iyununda belə qərar çıxarıb ki, Əvəzov müvafiq icazə sənədləri olmadan dövlətə məxsus ərazidə "Qarabağ" kafesi tikib və onu kommersiya məqsədi ilə istismar edir. Və Əvəzovun kafeni sökməsi barədə hökm çıxarılıb, icarə müqaviləsi qüvvədən düşmüş sayılıb. Məhkəmə qərarına əsasən azərbaycanlı sahibkara cərimə də kəsilib.

Dekabr ayında apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Habelə bu ilin yanvarında Almata rayon məhkəməsi Əvəzovu cərimələyib. Onu müvafiq qanuni sənədləri olmadan neft məhsullarını əldə etmə, saxlama və satma maddəsi ilə təqsirləndiriblər. Belə ki, Əvəzov Astana-Yekatrinburq şosesinin kənarında yerləşən "Qarabağ" kafesində dizel və kerosinin qəbulu-satışı məntəqəsini təşkil edib. Həmin yanacağı əsasən TIR sürücülərinə satıb.

Məhkəmə müəyyən edib ki, Əvəzov 2017-ci ildə qanunsuz olaraq 3760 litr dizel yanacağını "Qarabağ" kafesində saxlayıb. Habelə 1 ton yanacağı 130 min təngəyə satıb.

Məhkəmədə Əvəzov günahını qismən etiraf edib, bildirib ki, yanacağın bu cür satışının qadağan olduğunu bilmirdi.

Kafenin məcburi sökülməsi barədə qərar isə iyunun 20-də qüvvəyə minib və sahibkara avqustun 2-nədək vaxt verilib. Sahibkar kafeni sökmədiyi üçün obyektin avqustun 16-da məcburi sökülməsi qərara alınıb. Bu haqda Əvəzova əvvəlcədən xəbərdarlıq edilib. Lakin obyektinin sökülməsinə dözməyən Əvəzov özünü vurub.
"Qarabağ" dərdinə dözməyən azərbaycanlı mayor özünü GÜLLƏLƏDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1663   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 720
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 118
.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

30.04.2024 136
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 223
.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

30.04.2024 219
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

30.04.2024 285
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 222
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 165
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

30.04.2024 306