Zığda binada çatlar əmələ gəldi - Sürüşmə zonası aktivləşdi

Zığda binada çatlar əmələ gəldi - Sürüşmə zonası aktivləşdiSon günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.

BiG.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov report-a açıqlamasında deyib ki, Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir, hazırda həmin ərazidə aktivlik müşahidə olunur: "Zığdakı sürüşmə zonasında yerləşən beşmərtəbəli binada çatlar əmələ gəlib".

Onun sözlərinə görə, Abşeron rayonunun Nübar qəsəbəsində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə aktivlik qeydə alınıb.

Mütəxəssis xatırladıb ki, Şamaxı şəhər, məhəllə 48 A ünvanında avqustun 15-də torpaq sürüşməsi baş verib: "Bir ildən çoxdur həmin ərazini müşahidə edirik və mütəmadi məlumat veririk. Hər ay bülletenlərdə orada aktivliyin olmasını qeyd edilir. Son günlərdə atmosfer çöküntüllərinin həddən artıq olması bu prosesi biraz da aktivləşdirib. Həmin məhəllə yeni salınmış məhəllədir, hava şəraiti ilə əlaqədar orda sürüşmə prosesi aktiv fazaya keçib. Son günlər orada müəyyən uçqunlar olub, bəzi evlərə ziyan dəyib. Şamaxı rayonu tektonik cəhətdən olduqca mürəkkəbdir, yəni sürüşməyə meylli ərazidir".

Ə.Qaralov Ağsu aşırımının 156-cı km-də də çökmə və uçqunun baş verdiyini bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) də aktivlik qeydə alınıb: "Şamaxının Çaylı və Qaleybuğurd kəndlərində aktivləşmə olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt"inə müraciət edilib. Bundan əlavə, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-11-ci kilometrliklərində ayrı-ayrı hissələrində aktivlik qalmaqdadır".

Digər bölgələrə gəlincə ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 37-40-cı kilometrliyində uçqun və çökmə prosesləri baş verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 0
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 225
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 550
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

10:01 50
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 242
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 322
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 254
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 959
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29.04.2024 332