Hamilə olduğu deyilən Oksana ilk dəfə danışdı: "Bir ildir ki, məni sevən həyat yoldaşım var"

Hamilə olduğu deyilən Oksana ilk dəfə danışdı: "Bir ildir ki, məni sevən həyat yoldaşım var"Xəbər verdiyimiz kimi, tanınmış rəqqasə Oksana Rəsulova hamilədir.

BiG.AZ xəbər verir ki, hamiləliyinin səkkizinci ayında olan Oksana ilk dəfə bu barədə açıqlama verib:

"Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq mətbuat nümayəndələri vasitəsilə geniş kütləyə, tamşaçılarıma, izləyəcilərimə açıqlama etmək istəyirəm: "Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir ki, həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir. Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram. Öpürəm sizləri! Hər kəsə uğurlu və sağlam həyat arzu edirəm"

Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5019   Tarix: 13 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387