"Qoca"nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇAN Fədayə Laçın BU GÜN...
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik olan Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlanır.
Cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası bu gün saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.
Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179.-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.
mənbə: publika.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1488 Tarix: 03 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ! Xəzərdə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər dəniz akvatoriyasınd
00:21 537 Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI
Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay
00:13 626 Pensiyalar yenə artacaq?
2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub
11:10 201 Ötən gün respublika ərazisində qanunsuz saxlanılan 11 tüfəng aşkarlanıb
Ötən gün respublika ərazisində qanunsuz saxlanılan 11 tüfəng aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər
04.04.2026 234 Keşlədə normadan artıq yağıntı: Vətəndaşlar təxliyə edilirlər - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub. BİG.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziy
12:58 194 Bu ödənişlərə komissiya gəlir - Pulunuzdan tutulacaq
"Pashapay" (MilliON) ve M-Pay (E-manat) terminalları ile mədaxil əməliyyatları zamanı 1% komissiya haqqı tutulacaq. Bizim.Media xəbər verir ki, komissiya haqqı sözügedən operatorlar tərəfindən tutulacaq. Qeyd edək ki, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Xidmətlə
00:25 684 Ata və anasından sonra nənəsinin də imtina etdiyi 13 yaşlı qızın taleyi necə olacaq? - YENİLƏNİB
Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. O qeyd edib ki, məsəl
00:02 511 ABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcək
ABŞ-nin federal məhkəməsi "Perry's Steakhouse & Grille" restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə "Complex" nəşri məlumat yayıb. Aparılan araşdırmalar nəticəsind
11:30 164 İran Hörmüz boğazından istifadə edənləri ÜÇ KATEQORİYAYA BÖLDÜ
İran Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb və bütün dövlətləri "neytral", "dost" və "düşmən" kateqoriyalarına bölüb. -ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib. Məlumata görə, sonunculara ("Düşmən" kateqoriyasın
04.04.2026 252