"OBA" marketdən bıçaqlanma hadisəsinə görə açıqlama

"OBA" marketdən bıçaqlanma hadisəsinə görə açıqlama01.08.2018-ci il tarixində Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərər çəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücum çəkib.

Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik.

***

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.

Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.

Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.

Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3369   Tarix: 02 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 84
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 753
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 753
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 250
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 331
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1162
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 301
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 753
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 528