"Qiymətlərin bu cür qaldırılması millətin hissiyatı ilə oynamaqdır..." - Hafiz Hacıyev

"Qiymətlərin bu cür qaldırılması millətin hissiyatı ilə oynamaqdır..." - Hafiz HacıyevTarif Şurasının nəqliyyatda qiymətləri qaldırması cəmiyyətdə narazılıqla qarşılandı. İnsanların sosial durumlarının elə də yüksək olmadığı bir vaxtda metro və marşrut avtobuslarında gediş haqlarının qaldırılması təbii ki, arzuolunan deyil.

Bəs nəqliyyatda gediş haqlarının birdən-birə 50 faiz artırılması nəyə xidmət edir?

BiG.AZ xəbər verir ki, moderator.az-ın sualını cavablandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, belə bir həssas məqamda gediş haqlarının qaldırılması mənfi haldır:

"Bunlar başa düşülən bir şey deyil. Dövlət və hökümət üzvləri çalışmalıdır ki, bütün sahələrdə millətin cibinə uyğun addım atsınlar. Çox təəssüf ki, bunlar elə bil millətə acıq vermək üçün, millətin hissinə toxunmaq üçün bu cür addımları atırlar. Mən bunu normal hesab etmirəm. Burada psixoloji və ideoloji baxımdan fəsadlar ola bilər. Məsələn, deyəcəklər ki, neft ölkəsində qiymətlər yenə qaldırıldı. Bu düzgün addım deyil. Bunlar acından ölmürlər ki, bu sahədə çalışanların milyardları var, ondan bir milyon da bu sahəyə qoysunlar. İstəməzdim bu qədər qarşıdurmaya gedilsin, istəməzdim ki, dövlətimə və ölkə başçısına qarşı kin-küdrət yaratsınlar. Mən dövlətimi və dövlət başçımı sevən bir insanam və düşünürəm ki, bu addımların hamısı dövlət başçısı ilə xalq arasında dedi-qoduya səbəb olan bir addımdır. Görürsünüz ki, günü-gündən dükan-bazarlarda qiymətlər qalxır. Mal əti bahalaşıb, qarpızın kloqramı 60 qəpikdir. Bu gün metroda və marşurut avtobuslarında qiymətləri qaldırırlar. Axı bütün təbəqələri nəzərə almaq lazımdır. Qiymətləri 10 qəpik qaldırmaqla nəyəsə nail olacaqlarmı? Xeyr. Bu məmurlar xaricdə az villalar alsınlar, az milləti talan etsinlər, az maşın kolleksiyaları yaratsınlar, bəsdi övladları dollar vannalarında fotolar çəkdirib millətin hissiyatına toxundular. Mən düşünürəm ki, dövlət başçısı bu məsələləri bilsə, sərt tədbir görəcək. Bir prokurorun rüşvət alması xəbəri prezidentdə məruzə edilən kimi onu həbs etdirdi. Biz prezidentə kömək edək, onun atacağı addımlara dəstək olaq. Amma baxın Tarif Şurası bunları edirmi?! Belə bir həssas dövrdə qiymətlərin artırılmasına nə ehtiyac var idi?! Düşünürəm ki, bu, millətə qarşı saymamazlıqdı, millətin hissiyatıyla oynamaqdı. Bunu bizə desəydilər, kasıb vaxtımızda gedib ondan-bundan dilənib pul yığıb Tarif Şurasına verərdik ki, belə yersiz addımlar atmasınlar"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1198   Tarix: 31 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 853
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 235
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

06.05.2024 227
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 181
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 759
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 329
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 254
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 263
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 168