Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)

"Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər"

Astrofizik: "Yer indi də yüklü zərrəcik selinin içərisində üzür..."

Bir gün ərzində Yerdə seysmik aktivlik qəfildən artdı. Aprelin 11-də 8.6 maqnitudalı zəlzələ İndoneziyada Sumatranı titrətdi. Ardınca isə həmin gün saysız-hesabsız təkrar təkanlar baş verdi və onların içərisində ən güclüsü 8.2 bal gücündədir. Tərpənmələrin coğrafiyası İndoneziya ilə bitmir. Aprelin 11-də Hind okeanında 6 bal gücündə və digər bölgələrdə çoxlu sayda yertərpənmələri baş verib.

Yaranmış vəziyyəti şərh etmək üçün, Yerdə seysmik aktivliyin artmasını günəş aktivliyi ilə bağlayan astrofizik Cəsarət Əliyevə müraciət etdik.

C.Əliyev Lent.az-a açıqlamasında bildirdi: "Desəydiniz ki, Günəşdə heç bir ləkə yoxdur və bu seysmik aktivliyin artmasının Günəşlə bağlılığı fikrini alt-üst etmirmi? – daha maraqlı olardı. Doğrudan da, Günəş heç doğulanda belə ağ-üz olmamışdı (şəkil 1), demək olar ki, üzərində aktivliyin əsas göstəricisi olan heç bir qara ləkə yoxdur. Onda belə çıxmırmı ki, seysmik aktivliyin 11-12 apreldəki güclənməsi Günəşlə bağlı deyil? Gəlin Günəşin bizdən gizlətdiyi üzünə baxaq (şəkil 2, şəkil 3). Günəşin rentgendə xəyalı göstərir ki, onun üzərində iki iri qara ləkə var. Onlar tac dəlikləri adlanır. Tac dəlikləri böyük sürətli və sıxlıqlı yüklü zərrəcik seli şüalandırır. Bu tac dəlikləri baş meridiandan keçməyə hazırlaşanda, başqa sözlə, Yerə tuşlananda şüalandırdığı zərrəcik seli aprelin 10-11-də Yerə çatdı. Planetlərarası maqnit sahəsi komponentləri böyük qiymət almaqla yanaşı, həm də qırılmaya məruz qaldı və bu, Yerin maqnit sahəsinin kəskin dəyişməsinə gətirdi. Nəticə göz qabağındadır, yer qabığında tektonik gərginlik artdı, Sumatrada 8.6, 8.2 və çoxlu sayda 5-6 ballıq intervalda təkrar təkanlar, bu gün gecəyarısı isə ABŞ Oregon sahillərində 5.9 bal, Meksikada Miçikanda 6.5 bal gücündə yertərpənmələri baş verdi (şəkil 4, 5 və s.).

Astrofizik həmçinin söyləyir ki, dünənki 8.6 ballıq Sumatra yertərpənməsini yaranma baxımından həmin bölgədə 2004-cü il 9.1 ballıq yertərpənməsi ilə müqayisə etmək olar. Həmin vaxt Günəşdə yalnız bir iri ləkə - 713 saylı ləkə vardı və tac dəliyindən gələn zərrəcik şüalanması dekabrın 24-də Yerdə selin kəskin dəyişməsinə gətirmişdi. Yerin maqnit sahəsinin özündənçıxması tektonik təbəqədə qırılmaya səbəb oldu. Bu onu göstərir ki, Günəşdəki aktiv prosesin hansı tip olmasından asılı olaraq Yerdə fərqli bölgələr buna fərqli reaksiya verə bilər. Belə təsnifatı da aparmaq gərəyi var.

"Aydındır ki, Günəş fizikasının problemləri yer fizikası problemlərindən qat-qat ağırdı və gözdən qaçırılan hər hansı bir olay doğru olmayan mülahizəyə yol aça bilər" – deyə Cəsarət Əliyev bildirdi.

Astrofizik vəziyyətin hələ də gərgin olaraq qaldığını deyir: "Yer indi də yüklü zərrəcik selinin içərisində üzür və planetlərarası maqnit sahəsinin özündənçıxması güclüdür. Ona görə tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər".

Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)Tektonik gərginlik olan bölgələrdə boşalma davam edə bilər (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1409   Tarix: 12 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 83
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 301
.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1399
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 844
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

11:14 1323
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 152
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 218
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

17:22 117