Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri tapıldı

Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri tapıldıLerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid yeni insan qəbirləri və maddi-mədəniyyət nümunələri aşkar edilib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.

Şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda, heyvan şəklində qablar da vardır ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, Lerik rayonunun Gürdəsər kəndində qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub. Burada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu, onu göstərir ki, həmin dövrdə ərazidə 300-500 il bir dövrü əhatə edən yaşayış olub.

Qeyd olunub ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər burada əsasən heyvan və insan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparırlar.

Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdıracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 319
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 0
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 139
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 340
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 173