2 uşaq atası hamamda arvadına tamaşa edən qonşusunu... - Bakıda cinayət

2 uşaq atası hamamda arvadına tamaşa edən qonşusunu... - Bakıda cinayətBakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyərək ona ağır xəsarət yetirməkdə ittiham olunan Sumqayıt şəhər sakini, 35 yaşlı Maarif Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il dekabrın 27-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində baş verib. Axşam saatlarında həyat yoldaşının iki uşağı ilə birgə hamam otağından qəzəbli şəkildə çıxdığını görən M.Nəcəfov nə baş verdiyini soruşub, qadın heç nə deməyib. Qonşu mənzildən kiminsə hamamın şaxtasının pəncərəsindən baxdığını görən M.Nəcəfov əsəbi halda dəhlizə çıxıb. İkinci mərtəbədə yaşayan Rüfət Əhmədzadəni çağırıb, hamamın pəncərəsindən baxmasına iradını bildirib, onu döyüb.

Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

"Azəriqaz" İstehsalat Birliyində mühəndis işləyən Maarif Nəcəfov ifadəsində iki ilə yaxındır ki, həyat yoldaşı və iki azyaşlı övladları ilə Masazırda yaşadığını, hadisə baş verən gün arvadı uşaqları yumaq üçün hamama keçdiyini, üç-dörd dəqiqə sonra isə əsəbi halda çıxdığını, üzünün ifadəsinin, rənginin dəyişdiyini göstərib: "Nə olduğunu soruşdum, heç nə deməyib, otağa keçdi. Özüm çimmək üçün hamama girdim. İşığı yandırmamış şaxtadan hamama işıq düşdüyünü gördüm. Qonşuluqda yaşayan Rüfət Əhmədovun hamamdakı şaxtanın pəncərəsindən baxdığını gördüm. Həyat yoldaşımın da elə buna görə əsəbləşdiyini, uşaqları hamamdan yarımçıq çıxartdığını başa düşdüm".

Qonşusunun hərəkətinə qəzəblənən M.Nəcəfov birbaş onun yaşadığı mənzilə gəlib, qapını döyüb çölə çağırıb, söhbəti olduğunu deyib. Rüfət dəhlizə çıxar-çıxmaz ondan nəyə görə hamamın içərisinə baxdığını soruşub: "Dedim ayıbdır, hər kəsin ana-bacısı var. Rüfət isə cavabında hamamın içinə baxmadığını bidirdi. Sifətindən vurdum, əlbəyəxa olduq, yerə yıxıldı, böyründən təpiklə vurdum. Düşündüm, yəqin sonradan gəlib üzr istəyəcək, amma gəlmədi. Ertəsi gün polis sahə rəisi zəng vurub məni Polis İdarəsinə çağırdı. Rüfətin xəstəxanaya aparılmasından, əməliyyat keçirməsindən orada xəbər tutmuşam. Ona ağır xəsarət yetirmək niyyətim olmayıb. Törətdiyim cinayət əməlindən peşmanam".

Zərərçəkmiş şəxs qismində dindirilən Rüfət Əhmədov bacısına məxsus mənzildə tək yaşadığını, evdən çıxarkən şaxtadakı su kranını bağladığını, işdən qayıdarkən isə açdığını göstərib: "Həmin gün işdən gələndən sonra hamama girib şaxtanın kiçik pəncərəsini, oradan da su kranını açdım. Otağa keçib çay içdim. Bu vaxt qapı döyüldü, qonşu olduğunu dedi, məni çölə çağırdı. Evdə tək yaşayıb-yaşamadığımı soruşdu, tək qaldığımı söylədim. Nəyə görə onların hamamına baxdığımı xəbər aldı. Dedim, baxmamışam, sənin hamamının içi görünmür, istəyirsənsə, gəl özün də bax. Cavabında "ehtiyac yoxdur, öz gözlərimlə gördüm" dedi və qəflətən yumruqla gözümdən, qulağımdan vurdu. Zərbədən yerə yıxıldım, qarnımı təpikləməyə başladı".

R.Əhmədov ifadəsində hadisədən sonra özünü pis hiss etdiyini, xəstəxanaya getdiyini, su kranını açıb-bağlayarkən heç vaxt qarşıdakı mənzilin hamamına baxmadığını, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbi olmadığını deyib.

Məhkəmənin hökmü ilə Maarif Nəcəfov 1 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5053   Tarix: 29 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 149
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 142
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 123
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 339
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 403
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1355