Türkiyə ödənişli hərbi xidmətə keçir: TƏFƏRRÜATLAR

Türkiyə ödənişli hərbi xidmətə keçir: TƏFƏRRÜATLARTürkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş və yeni qəbul edilmiş ödənişli əsgərlik qanunu dəyişdirilə bilər.

BiG.AZ "modern.az"a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni bir əsgərlik sistemi üzərində işlər aparıldığını bildirib.

Türkiyədə hər hərbiyə çağırışçıların sayı durmadan artır və ordu bu qədər hərbçiyə ehtiyac duymur.

Həmçinin bu qədər hərbçini də büdcəyə təsiri və bəzi insanların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi nəzərə alınaraq bədəlli əsgərlik qanunu qəbul edilmişdi.

Yeni sistemdə isə bütün bu məsələləri nəzərə alaraq xidmət müddətində də dəyişiklilər edilə bilər.

Belə ki, hazırda hər qrup üçün fərqli xidmət müddəti nəzərdə tutulub. Yeni sistemdə isə hər kəs üçün bir müddət tətbiq ediləcək.

Beləliklə hər kəs 3 aylıq əsas hərbi təlimləri mənimsədikdən sonra daha 6 ay xidmət aparmalı olacaq.

Lakin burada ödənişli əsgərlik də nəzərə alınaraq əsas hərbi təlimlərdən sonra istənilən şəxs lazımi məbləği ödəyərək xidmətdən azad oluna bilər.

Yəni əsgərlik müddəti hər kəs üçün ümumi 9 ay müəyyən olunacaq.

3 aylıq təməl hərbi təlimlərdən sonrakı 6 aylıq xidmət üçün qalmaq istəyənlər aylıq əmək haqqı ilə təmin olunacaq.

Qalan hərbçilərin əmək haqlarının minimum əmək haqqı sistemi ilə müəyyən ediləcəyi bildirilir.

Bundan əlavə sonrakı 6 aylıq xidmət dövrü üçün ictimai sahələrə xidmət seçiminin də gündəmə gətiriləcəyi ehtimal edilir.

Bunun üçün ictimai sahələrdə müəllimlik və həkimlik kimi peşələr nəzərdə tutula bilər.

Yəni istəyiniz üzrə xidmətinizi təbii ki, təhsil aldığınız sahə nəzərə alınaraq müəllim və ya həkim olaraq davam etdirə bilərsiniz.

Qeyd edək ki, bütün bu yeniliklər barədə hələ ki heç bir rəsmi açıqlama verməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 28 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3