Güllələnən icra başçısı Elmar Vəliyevin qardaşı Gəncə hadisələrindən DANIŞDI

Güllələnən icra başçısı Elmar Vəliyevin qardaşı Gəncə hadisələrindən DANIŞDI"İyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər".

APA-nın məlumatına görə, bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib.

X. Vəliyev bildirib ki, prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilində, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri cinayətlərdir. Bunlar adi cinayətlər deyil, ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2053   Tarix: 26 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xəzər dənizində zəlzələ baş verdi

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 74 kilomet

10:18 249
.

Biləsuvarda iki həftədə 26 NƏFƏRİ İT DİŞLƏYİB

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbi ilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, dördü qadın, doqquz nəfər isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardı

18:30 105
.

İtkin düşən pilotlar ABŞ-İran müharibəsinə təsir edə bilərlər?

ABŞ-nin vurulan "F-15E" qırıcı təyyarəsinin itkin düşmüş pilotunun taleyi İran münaqişəsinin tarixində həlledici ola bilər. xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məqalə dərc edib. Məqalədə vurğulanır ki, hər iki pilotun uğurla xilas edilməsi Vaşinqton rəhbərliyinin addımların

15:01 188
.

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinin bir hissəsi TAMAMİLƏ MƏHV OLUB

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi İranın martın 3-də endirdiyi aviazərbələr nəticəsində ciddi zərər görüb və binanın bəzi hissələri təmir olunmayacaq vəziyyətdədir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb

19:30 0
.

Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır

Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir. "Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, norovirus qəfil başlayan qusma, ishal, qarın ağrıs

03.04.2026 601
.

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasınd

03.04.2026 562
.

İran: "Davamlı sülh üçün nüvə hüquqlarımıza hörmət olunmalıdır"

Tehran regionda sülhün əsas şərtlərindən biri kimi dinc nüvə enerjisindən istifadə hüququnu önə çəkir. xarici mediaya istinadən xəbər verir ki, İran müvəqqəti atəşkəsi deyil, uzunmüddətli və davamlı sülhü vacib hesab edir. Belə bir sülhün təmin olunması üçün konkret mexanizmlər olmalıdır. Bildirili

11:07 248
.

Azərbaycanda əmlak sığortası bazarı 19 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 47,878 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği is

17:50 131
.

Türkiyədə güclü zəlzələ gözlənilir? - Mütəxəssis açıqladı

Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis, seysmoloq Naci Görür bu səhər Van bölgəsində baş vermiş 5.2 bal gücündə zəlzələdən sonra açıqlama verib. O, növbəti zəlzələnin olub-olmayacağına dair fikrini bildirib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Vanın Tuşba rayonunda 5.2 bal gücünd

17:20 157
.

TOP MP3