"Məmurlar kimi xaricdə villamız yoxdur, kirayə evdə çürüyürük" - Azərbaycanlı siyasətçilər

"Məmurlar kimi xaricdə villamız yoxdur, kirayə evdə çürüyürük" - Azərbaycanlı siyasətçilərYay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xaricinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş günlərinin yorğunluğunu çıxarır.

Siyasi partiyaların liderləri harda dincələcəklər?

BiG.AZ bildirir ki, modern.az saytı bu sualla bir neçə siyasi təşkilat sədrinə müraciət edib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:

"Ağdamın işğal günündə bir sıra partiya nümayəndələri, Qarabağ Azadlıq Təşkilatının iştirakı ilə Şəhidlər xiyabanını ziyarət etdik. Yəni burdayıq, fəaliyyətimizi istirahətsiz davam etdiririk. Bunda da hər hansı problem görmürük, iş başındayıq".

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev:

"Vallah, bizim nə imkanımız var, nə də xaricdə villamız, ya da başqa yerlərdə evlərimiz... Kirayədə qalan insanlarıq, ona görə dincəlməyə də şərait yoxdur. Yayın qaynar havasına baxmayaraq, biz siyasətlə məşğuluq. Payızda mitinqlərə hazırlıq işlərinə başlamışıq. Məmurlar, onların balaları kimi xarici dövlətlərdə ya da Azərbaycanın dilbər guşələrində villamız yoxdur. Yayın bu istisində yaşadığımız kirayə evdə çürüyürük. Biz bu dövlətin nökəriyik. Elə düşünürlər ki, ömür boyu onlara xidmət etməliyik. Bu da yanlışdır. Hər halda ciddi siyasi mübarizəyə hazırlaşırıq. Zamanında bütün Azərbaycan xalqı hər şeyi görəcək. İndi isə dincələ bilmirik. Mitinqləri sentyabr-oktyabr aylarına nəzərdə tutmuşuq. Ölkədəki müəyyən vəziyyətlə bağlı ciddi hazırlıq davam edir".

Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan qrupun rəhbəri Razi Nurullayev:

"Qohumlarımın dəvəti ilə qonşu ölkələrin birində müalicə məqsədi ilə 10 günlük tətildə oldum və dönmüşəm. Hazırda iş başındayam. Tam olaraq istirahət etmək alınmır. Amma açığı istərdim ki, 30 gün telefonsuz və ölkədən kənar bir istirahətim olsun. Nə zəng olsun, nə iş, nə də digər narahatlıq. Bunu edə bilərəm, əslində bəlkə də bunu özümə rəva görə bilmərəm. Ölkədə problemlər və narahatlıqlar çoxdur. İstərdim ki, ölkədə elə bir sığorta sistemi yaransın ki, hər bir Azərbaycan vətəndaşı istirahət edə bilsin, dövlət hesabına müalicə üçün sanatoriyalara gedə bilsin".

AĞ Partiyanın sədri Tural Abbaslı:

"Ümumiyyətlə bu tibbi cəhətdən də artıq sübut olunmuş və öz təsdiqini tapmış məsələdir ki, insan ən azı ildə bir dəfə məzuniyyət götürüb istirahət etməlidir. Bu istirahətlər həm tibbi- psixoloji, həm də verimlilik baxımından faydalıdır. Təbii ki, mən də hər il ən azından yayda istirahət etməyə çalışıram. Ancaq bu nə dərəcədə alınır, onu deyə bilmırəm. Çünki normal istirahət üçün vaxt və maliyyə kimi amillər önəmlidir. Azərbaycan reallığında isə bunları bir araya gətirmək hər zamanda rahat olmur. Odur ki, mən demək olar, hər il yayda mütləq öz rayonumuz olan Ağstafaya getməyə və azı 1 həftə istirahət etməyə çalışıram. Hələlik bu yay gedə bilməmişəm. Üzümüzə gələn ayda bunu planlaşdırıram. Ancaq nəzərə alsaq ki, texnoloji inkişafın məhsulu olan smart telefonlar və s. də bizimlə birlikdə olurlar, o zaman buna da tam istirahət demək olmaz. Yəqin bu da 21-ci əsrin və inkişafın ödəməli olduğumuz bədəlidir".

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

"Hazırda istirahətdəyəm. Azərbaycan bölgəsinə, Qusar rayonuna üstünlük verdim".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1105   Tarix: 25 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3