Üç manatlıq məhsulu Xatirə İslama 40 manata satdılar - VİDEO

Üç manatlıq məhsulu Xatirə İslama 40 manata satdılar - VİDEO"Bəyaz Kafe"də Xatirə İslamı aldadıblar.

BiG.AZ xəbər verir ki, bu barədə müğənni özünün sosial şəbəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, evə Bəyaz kafedən 2 toyuq ləvəngisi sifariş verib:

"Köməkçimdən bu iki balaca cücəyə görə 40 manat pul alıb. 3.50 qəpiklik toyuğa 40 manat almaq nə dərəcədə doğrudur? Bu sizdə də belədir, yoxsa təkcə məşhurları aldadırlar? Azərbaycanda bu qədər pul var ki, menyular bu qiymətə hesablanır? "Bəyaz kafe"nin rəhbərliyi, siz bu yolla müştərilərinizi itirirsiniz. Bu balaca cücəni 40 manata vermək olmaz".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4057   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş