Kim yalan danışır? - Nazpəri yoxsa Komissiya...

Kim yalan danışır? - Nazpəri yoxsa Komissiya...Dünən xalq artisti Nazpəri Dostəliyevevanın instaqramda fəsləfə doktoru elmi adını alması barədə paylaşımı ölkə gündəmini zəbt edib. Müğənni əvvəlcə, elmi dərəcəyə sahib olmasını sübuta yetirən sənəd paylaşsa da, tənqidlərdən sonra onu silib.

Müzakirələrə səbəb olan mövzu ilə bağlı Ali Attestasiya Komissiyası da açıqlama yayıb. Aparat rəhbəri Arif Quliyev bildirib ki, Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib.

Bu məqamda bildirək ki, paylaşımda sənədin nömrəsi, tarix, imza da qeyd olunub. Burada belə bir sual ortaya çıxır- N. Dostəliyeva necə belə saxta sənəd yaya bilərmi? Nazpərinin "Gülümsərovluq" etmək nəyinə lazım?

Ali Attestasiya Komissiyasının verdiyi açıqlamadan sonra bir çox qaranlıq məqamlar ortaya çıxır. Belə güman etmək olar ki, Komissiya mətbuatın verdiyi təpkidən sonra məsələni ört-basdır etməyə çalışır. Çünki belə bir yalan informasiyanı yaymaq xalq artistinə lazım deyil. Çünki Azərbaycanda N. Dostəliyevadan heç də yuxarı səviyyədə olmayan onlarla, yüzlərlə alim, professor var. Görünür ki, onun xalq artisti olmağına baxmayaraq bayağı, ciddi imic yaratmayan bir sənətçin olmasından irəli gəlir. Bu, Azərbaycanda elmin,alimin səviyyəsini göstərən bir amildir.

Ali Attestasiya Komissiyası bu məsələni dəqiq araşdırmağa və daha ciddi bir açıqlama yaymağa, xalq artisti isə detallı olaraq mövzudan danışmağa məcburdur.

Maraqlıdır, əgər xalq artisti yalan danışıbsa, onu qanunvericiliyə uyğun olaraq hansı cəza gözləyir?

Axşam.az xəbər verir ki, Milli Məclisinin deputatı Fazil Mustafa mövzu ilə bağlı "Qafqazinfo"ya açıqlamasında saxta yolla elmi dərəcə alan şəxsləri sərt bir şəkildə qınayıb:

"Yalan informasiya yayanları heç bir cəza gözləmir. İnformasiyadır, ötürür, yüzlərlə insan məlumatı qəbul edir. Heç kim heç nəyin məsuliyyətini daşımır. Saxta din, akademik, professor, hacı, kərbalayi, xalq-əməkdar artistləri olanlara nə olar ki, fəlsəfə doktoruna da nəsə olsun? Dəyada bir damladır. Bütün cəmiyyəti bürüyən bir məsələdir. Bunun ümumi alışqanlığını ortadan qaldırmaq lazımdır. Anlamalıdırlar ki, kimsə saxta metodlarla özünə uduş qazandıra bilməz. Hər kəs təbii, özünə aid olan, layiq olduğu atı götürməlidir. Məsələn, xalq artistinən böyük bir ad yoxdur. Amma gedib professor olmaq istəyir. Başa düşürük, Üzeyir Hacıbəyov, Bülbül professor ola bilər. Onlar savadlı insanlar idi. İki-üç kəlmə danışa bilməyən insan deyir ki, mütləq elmi adım olmalıdır. Elmi dərəcə diplomunu evində gəzdirən minlərlə insan var ki, auditoriya qarşısında 3 cümlə qoşub danışa bilmir. Ona görə də, saxtakarlığı Azərbaycan cəmiyyətində ortadan qaldırmaq lazımdır. Elmi, dini adların ən çox istismar olduğu yer Azərbaycandır. Layiq olmayan, cümlə yaza bilməyən adamlar professor olursa, sonu hara gedib çıxacaq?

İkinci diplomlu şəxslər Azərbaycanı bürüyüb. Ortaya çıxacaq alimlərimiz 2-3 nəfərdir. Elə mühit yaratmalıyıq ki, kimsə özünü bu adlarla təqdim edəndə utansınlar. Amma Azərbaycanda utanan yoxdur. Təbii ki, öz savadı, haqqı ilə alanları nəzərdə tutmuram. Düşünüblər ki, 5 nəfər elmi ad alıbsa, mən də alım, cəmiyyətdə nə əksiləcək!".

Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti Mənsum İbrahimov bildirib ki, Nazpəri Dostəliyeva bu mövzuda yalan danışmaz:
Kim yalan danışır? - Nazpəri yoxsa Komissiya..."Bu, dövlətin insanlara verdiyi bir haqdır. Əvvəlcə, dosent, daha sonra professor olmuşam. Bunların hər ikisini də Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub və mənə diplom verilib. Mənim həm dosent, həm də professor diplomum var. Təkcə mənim yox, Alim Qasımov, Arif Babayev, Səkinə İsmayilova kimi sənətkarların elmi vəzifələri var. Halal qazandığımız, yaradıcı insanların qarşısında gördüyümüz məsələlərdir. Biz saxta üsulla elmi ad almamışıq. Nazpəri Dostəliyeva isə Azərbaycanın görkəmli, fəxri adı olan bir sənətkardır. İnanmıram ki, o, yalan məlumat yaysın! Nazpəri Dostəliyevanın buna ehtiyacı var? Onun hər şeyi var, belə addım atmağına inanmıram".
Kim yalan danışır? - Nazpəri yoxsa Komissiya...Professor, xalq artisti Arif Babayev isə saxta diplom mövzusunda danışmaqdan imtina edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1597   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 173
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 163
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141