Adnan Oktarın İLK İFADƏSİ açıqlandı: "Məni tələyə düşürdülər"

Adnan Oktarın İLK İFADƏSİ açıqlandı: "Məni tələyə düşürdülər"Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar məhkəmədə verdiyi ifadəsində ittihamları qəbul etməyib. Geniş dost qrupu olduğunu deyən Oktar ləqəb istifadə etdiyini, ancaq kod adı olmadığını bildirib.

BiG.AZ publika.az-a istinadən Adnan Oktarın ifadəsini təqdim edir:

"Türk polisinə qarşı iddia edildiyi kimi fikrim olmadığını bəyan etmək istəyirəm. Ayda 3 min 500 TL-dən savayı gəlirim yoxdur. Əməkdaşlarım mənə tələ qurublar. Xarici səfərlərim Türkiyə əleyhinə deyil. Türkiyə lehinə aparılan danışıqlardır. Kiçik qızları evinə alaraq cinsi təcavüz etdiyimə dair iddiaları da qəbul etmirəm. Mən qanuna, hüquqa uyğun, xalqın içində yaşayan bir insanam. Millətin göz önündə yaşayan, TV-də çalışan bir şəxs kimi xalq məni görür və tanıyır. Getdiyim yerlər məlumdur. Gizli təşkilat lideri deyiləm. Dürüst insanlarla yaşamağı, dost olmağı sevən, dost çevrəsi olan bir insanam. İddiaları çirkin sayıram və qəbul etmirəm. Bizə qarşı hücum edən bu qrup 25-30 nəfərlik qrupdur. Bunları da bilirik. İnternetdə də bu əməliyyatları ifşa edən adamlar var. Qız uşaqlarına təcavüz hadisələrini isə qətiyyən qəbul etmirəm. Bu da böhtandır. Qız uşaqlarının ailələrinə 50 min TL pul verərək onları aldığımıza dair iddialar var. Halbuki mən həyatımın hər mərhələsində diqqətli olduğum kimi, qız uşaqları mövzusunda da son dərəcə diqqətli davranaraq əlaqə quran bir adamam. Kiçik qız anası ilə birlikdə gəldi. Ancaq evə almamışam, bağda görüşdük, göndərdim. Bu böhtanları qəbul etmirəm. Atatürkçü, millətçi bir insanam. Günahkar deyiləm və sərbəst buraxılmağı tələb edirəm".

Qeyd edək ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun göstərişi ilə bir neçə gün öncə 5 rayonda Adnan Oktar və qrupuna qarşı aparılan əməliyyat çərçivəsində həbs olunan 187 nəfərdən 183-ü polis əməliyyatlarının ardından iki ayrı qrup halında məhkəməyə gətirilib. Hakim qarşısına çıxarılan 183 şübhəlinin 176-sı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz və s. cinayətlərdə ittiham olunur.

Adnan Oktar və təşkilatının 38 üzvünün həbs olunmasına, 2 şübhəlinin də polis nəzarətində saxlanılması şərti ilə sərbəst buraxılmasına qərar verilib. Dindirilən məhbusların sayı 116-nı keçib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

18.05.2024 414
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18.05.2024 163
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

18.05.2024 140
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18.05.2024 176