Politoloq: Solovyov ona "mənim erməni anam" deyir

Politoloq: Solovyov ona "mənim erməni anam" deyir"Rusiya mətbuatı tamamilə ermənilərin əlindədir. Hələ onlar bu cür vəziyyətlə Azərbaycana qarşı təbliğat aparırlarsa, deməli əlavə olaraq, Rusiyada kimlərsə ermənilərin bu gücünü azaldır".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın televiziya məkanında ermənilərin Azərbaycana qarşı təbliğat aparması və buna qarşı görüləcək tədbirlər barədə danışarkən deyib.

Solovyov ona "erməni anam" deyir

Politoloq Rusiya televiziyasında ermənipərəst mövqeyilə seçilən jurnalist Vladimir Solovyovun da Azərbaycan əleyhinə olmasına da münasibət bildirib. M. Əhmədoğlunun sözlərinə görə, V.Solovyov "Rossiya" telekanalında hansısa özəl studiyasının müqavilə ilə işçisidir: "Həmin studiyanın rəhbəri isə erməni qadındır. Solovyov da ona "mənim erməni anam" deyir. O, birbaşa erməni çörəyini yeyən adamdır. Baxmayaraq ki, Solovyov özünü yəhudilərlə yaxın göstərsə də, onun qan və genetika baxımından ermənilərlə müəyyən yaxınlığı da var".

Rusiyada antierməni qüvvələr güclənir

M. Əhmədoğlu hesab edir ki, Rusiyada ermənilərin mövqeyi getdikcə zəifləyir: "Ermənilərin Rusiya mətbuatında gücünü nəzərə alsaq, gərək hər gün, hər həftə Cocuq Mərcanlıya getmiş rus deputat və ekspertləri tənqid edərdilər. Lakin hay-küylü bir verilişlə, özü də məhdud vaxtla kifayətləndilər. Bu onu göstərir ki, Rusiyada antierməni qüvvələr güclənir, ermənilərin mövqeyi isə zəifləyir".

Üç addım atmalıyıq

Azərbaycanın Rusiyanın teleməkanında atmalı olduğu addımlara gəlincə, politoloq üç addımın atılmasının önəminə diqqət çəkib. O, birinci addım kimi məsləhət görüb: "Bizim özümüzdə erməni mövzusunu bilən, rus dilində təhsil almış, rus jarqonlarını bilən deputatlarımız, ekspertlərimiz var. Hətta Moskvada işləyib yaşayan deputat və ekspertlərimiz də var. Hesab edirəm ki, Azərbaycan dövləti rəsmi olmasa da, qeyri-rəsmi qaydada həmin deputat və ekspertlərin siyahısını aparmalı və Rusiya tərəfi ilə danışığa getməlidir. Hətta ödənişli qaydada olsa da azərbaycanlı ekspertlərin həmin verilişə çıxmasını təşkil etməlidir.

İkincisi, Rusiya televiziyalarında yayımlanan siyasi tok şouların bəzilərində tamaşaçıların şərhlər yazmalarına icazə verilir. Qeyri-rəsmi qaydada, yəni dövlət xətti ilə olmadan xüsusən gənclərimizin aktiv şəkildə şərhlər yazmasını təşkil etmək lazımdır.

Üçüncüsü isə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın, ermənilərin regiondakı fəaliyyəti ilə bağlı obyektiv məlumatların bazası yaradılmalıdır. Baza yaradılarkən məhz o prinsip nəzərə alınmalıdır ki, bu bazadan Rusiyada yaşayan ermənilərin təbliğatına qarşı istifadə olunacaq.

Fikrimcə, bu üç addımı atmaqla oradakı erməni təbliğatına ciddi zərbə vura bilərik. Bununla belə, indilikdə də Azərbaycanın mövqeyi orda xeyli güclüdür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

13:23 82
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 1399
.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

14:25 136
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

17:15 114
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 281
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

16:56 111
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 301
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 751
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 244