Deputat əsəbləşdi: Artıq deyiləcək sözümüz qalmayıb

Deputat əsəbləşdi: Artıq deyiləcək sözümüz qalmayıbTələbə, təhsil kreditləri ilə bağlı məsələ artıq həllini tapmalıdır. İnsanlarımız, xüsusilə, övladları ali məktəblərdə ödənişli təhsil alan imkansız valideynlərimiz bu məsələnin həllini çox sərbsizliklə gözləyirlər.

BiG.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, həmkarı Əli Məsimli ilə hələ bir xeyli müddət öncə bu məsələnin həlli yönündə "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırladığını və onun üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının müzakirəsinə çıxarılmasına nail olunduğunu xatırladıb.

"Biz illərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb. Təhsil, tələbə kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır.

Kasıb ailələr, imkansız ailələrin övladları, valideynlər bu məsələnin həllini gözləyirlər. Onlar da artıq yorulublar. İnsanları nə qədər gözlətmək olar axı? Həmkarım Əli Məsimli ilə bir neçə il öncə müvafiq qanun layihəsi hazırladıq, parlamentə, komitəmizə göndərdik.

Hətta, komitəmizdə onun ilkin müzakirəsinə də nail olduq. Hamı da, bütün cəmiyyət də bəyəndi, razılıqla qarşıladı.

Ondan sonra isə bu məsələ sanki daşa dirəndi, hər dəfə sessiyalar da başlayanda deyirik, ancaq ortada hələ də heç nə yoxdur.

Bu gün heç kimə sirr deyil ki, ali təhsil alan tələbələrin, yüksək ballarla tələbə adını qazananların çoxu kasıb, imkansız ailələrin uşaqlarıdır.

Ancaq onların böyük bir qismi maddi imkansızlıq üzündən ya heç ali təhsil dalınca getməyiblər, ya da ödəniş edə bilmədikləri üçün kursda saxlanıblar, ya da təhsillərini yarımçıq saxlamaq məcburiyyətində qalıblar. Bəs onların çəkdikləri əziyyətlər, aylarla keçirdikləri yuxusuz gecələr, repetitorlara boğazlarından kəsib verdikləri pullar necə olsun? Bunları kim və nə ilə kompensasiya edəcək?

Ona görə hesab edirəm ki, artıq bu məsələ yoluna qoyulmalıdır.

Bildiyim qədər parlamentin Elm və təhsil komitəsi də belə bir qanun layihəsi üzərində işləməyi planlaşdırır.

Hətta, qanunu "Tələbə kreditləri haqqında" adlandırmağı düşünürlər.

Olsun, fərq etməz, təki tezliklə qanun layihəsi bizim hazırladığımız sənəddən də istifadə olunmaqla hazırlansın və parlamentin payız sessiyasının müzakirəsinə çıxarılaraq, qəbul edilsin"-deyə, V. Əhmədov sözlərinə əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 104
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

21:43 0
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 369
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

19:20 0
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96