Elektrik enerjisindəki fasilələrə görə kəndlilər AYAĞA QALXDI: yolları bağladılar

Elektrik enerjisindəki fasilələrə görə kəndlilər AYAĞA QALXDI: yolları bağladılar
Cənubi Azərbaycanın şəhər və kəndlərində elektrik enerjisinin verilişində yaranan fasilələr əhali arasında ciddi narahatlığa səbəb olub. Etiraz edən vətəndaşlar küçələrə axışıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, söhbət Güney Azərbaycanın Ərdəbil şəhərinin Boran kəndindən gedir. Son günlərdə elektrik enerjisinin, içməli suyun verilişində yaranan problemlər səbəbindən əhalinin yaşayış səviyyəsi aşağı düşüb. İnsanlar evlərində qidaların xarab olduğunu, müəssisələrin normal fəaliyyət göstərmədiyini deyərək etiraz ediblər.

Kənd sakinləri etiraz olaraq, Muğan-Ərdəbil yolunu kəsib rəsmilərdən açıqlama vermələrini tələb ediblər.

Qeyd edək ki, son günlərdə Güney Azərbaycan şəhərlərində tez-tez elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu, istehsal müəssisələri, mağazalar, ticarət mərkəzləri və s. kimi müəssisələrə ciddi ziyan vurub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6140 Tarix: 15.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 15.07.2018
Yaziq millet orda da eziyet cekir
Everything is good... Never feel the bad


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər