"Həbib Axundova 575 min pul vermişəm" - Deputat oğlu MƏHKƏMƏDƏ

"Həbib Axundova 575 min pul vermişəm" - Deputat oğlu MƏHKƏMƏDƏBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.

BiG.AZ apa-ya istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Həbib Axundov ifadə verib.

H. Axundov qeyd edib ki, E.İbrahimov Fərman Məmmədovdan iş qurmaq adı ilə 450 min manat pul alıb: "Iş qurulmaq üçün bu məbləğ alınıb. Mən də həmin məbləğə zamin durmuşam. Fərmanın başqa vaxt Elnura verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Fərmanın özünə 125 min manat pul qaytarmışam".

Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verdiyini bildirib.

Proses gələn həftə davam edəcək.

E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.

İttihama görə, E.İbrahimov 2013-cü ilin əvvəlindən zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadıb, ümumilikdə zərərçəkmişlərin 1 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1380   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 362
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

17:05 42
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

15:03 337
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 522
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 293
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 100
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 274
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 479
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 730