"Gəncədə şəhid olan polkovniklə yaxın dost idik" - Azərbaycanlı məmur

"Gəncədə şəhid olan polkovniklə yaxın dost idik" - Azərbaycanlı məmur
"Gəncədə baş verən hadisəni pisləyirəm. Şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevlə çox yaxın dost idik. Bir yerdə polis orqanlarında çalışmışıq. Çox əziyyətlə böyümüş, zəhmətkeş bir insan idi. Həmçinin millətini, vətənini sevən olub".

Bu sözləri azvision.az-a Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev deyib.

O bildirib ki, gəncəlilər hər zaman vətənini sevib və bundan sonra da belə olacaq: "Bunlar kimlərsə tərəfindən dövlətimizə qarşı düşünülmüş, hazırlanmış xainlikdir. Heç bir zaman gəncəlilər radikal insanları dəstəkləməz. Nəinki polis və dövlət orqanları, bütün gəncəlilər bunun qarşısını almalıdır. Hər birimiz bu cür hadisəni pisləyirik. Düşünürəm ki, bundan sonra Gəncədə belə hadisə olmaz".

"Gəncədə şəhid olan polkovniklə yaxın dost idik" - Azərbaycanlı məmur

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2348 Tarix: 11.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol