Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və...

Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və...Azərbaycanlı qadınları başqa-başqa ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirli bilinən İradə Poladova, Validə Xudaverdiyeva və Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub.

İttihama görə, 2017-ci il sentyabrın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.

Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.

İradə Poladova paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.

O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.

İradə Poladova qadınları İğdır şəhərində yerləşən hotellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.

Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.

İstintaq müəyyən edib ki, İradə Poladova bu cinayətləri tək törətməyib. O, rəfiqələri - Validə Xudaverdiyeva və Arifə Sadıqovadan ibarət mütəşəkkil dəstə yaradıb.

Bu səbəbdən hər iki qadın da həbs edilərək, istintaq cəlb olunublar.

Cinayət işi üzrə 10 azərbaycanlı qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Qapalı iclasda təqsirləndirilən şəxslər ifadə verib.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1841   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 335
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 151
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 117
.

"Kristal Abşeron"un binasında dəhşətli görüntülər - VİDEO

Adı müxtəlif qalmaqallarda hallanan "Kristal Abşeron" şirkətinin tikdiyi binalardakı ciddi nöqsanlarla bağlı sosial şəbəkələrdə növbəti video şikayət yayılıb. xəbər verir ki, şirkətin Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyi binanın mənzillərindən birinin sahibi tam təmirli formada aldığ

27.04.2024 1034
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27.04.2024 215
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

27.04.2024 134
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 0
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

27.04.2024 154
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

27.04.2024 211