"Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır" – Partiya sədri
"Ölkədəki fəlakətli enerji böhranını arxa plana keçirmək üçün Elmar Vəliyevin vurulmasını qabardırlar".
Bu fikirləri yenicag.az-a açıqlamasında "Mingəçevir" İES-də baş vermiş qəzanın ölkədə doğurduğu vəziyyəti dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
BAP sədrinin fikrincə, ölkədə yaranmış enerji böhranı fəlakət həddindədir və bu məsələni gündəmdən çıxarmaq üçün başqa mövzuları önə çəkirlər:
"Hesab edirəm ki, hazırda ölkədə elektrik enerjisi ilə bağlı yaranmış böhranlı vəziyyət Gəncənin icra başçısı Elmar Vəliyevin vurulmasından qat-qat önəmli məsələdir. Doğrudur, Vəliyevin vurulması da sıradan hadisə deyil. Ancaq bu məsələ məqsədli surətdə qabardılır ki, ictimaiyyətin diqqəti məlum qəzadan yayınsın.
Bəlkə də əhalinin böyük hissəsinin xəbəri yoxdur ki, Azərbaycan hazırda öz tələbatını ödəmək üçün enerjini Gürcüstan və Rusiyadan alır. Bunun da səbəbi odur ki, Mingəçevirdə baş vermiş qəza nəticəsində elektrik enerjisi istehsalı dayanıb, yanıb sıradan çıxmış qurğu və avadanlıqların bərpası üçün milyardlarla vəsait və veyli vaxt tələb olunur. Bu, ölkə üçün fəlakət deməkdir. Biz isə oturub Elmar Vəliyevi müzakirə edirik…
Əslində, "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyev, eləcə də bu işdə məsuliyyət daşıyan məmurlar azadlıqda olmamalı idilər. Lakin Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır. Görün, necə vəziyyət yaranıb ki, ölkənin enerji sektorunu çökdürmüş şəxs kiminləsə qohum olduğuna görə məsuliyyətdən və cəzadan kənarda qalıb".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 6295 Tarix: 07 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBirinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm
29.04.2024 231 Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind
29.04.2024 498 Hande Erçeldən ayrılıq iddialarına cavab
Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara
29.04.2024 379 Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO
Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua
29.04.2024 741 Türkiyədə "TikTok" qadağan oluna bilər
"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə
29.04.2024 208 Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO
Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi
29.04.2024 654 Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca
29.04.2024 272 Rusiyada zəlzələ oldu
Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir
29.04.2024 385 MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini
29.04.2024 356