Sərnişinləri tuneldən necə çıxarmaq olar? - Dünənki hadisə yenə təkrarlansa...

Sərnişinləri tuneldən necə çıxarmaq olar? - Dünənki hadisə yenə təkrarlansa...Ötən gün axşam saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasında yenidən baş verən qəza nəticəsində paytaxt Bakının işıqsız qalması metro sistemini çətin vəziyyətə salıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu gərginlikdən ən çox əziyyət çəkənlər sərnişinlər olub. Qatarda qalan sərnişinlər tunel vasitəsilə təxliyyə olunublar.

Təxliyyə zamanı isə insanların qarşılaşdığı acınacaqlı vəziyyət, panika, üstəgəl də havanın temperaturunun yüksək olması uşaqdan tutmuş yaşlıya kimi bütün sərnişinlərin vəziyyətinin pisləşməsinə səbəb olub.

Buna görə də dünən gecədən etibarən sosial şəbəkələrdə enerjinin kəsilməsi halında insanların qatardan təxliyyə prosesinin alternativ yollarının olmamasından narazılıq edirlər.

"Qafqazinfo" sərnişinlərin narazılığını nəzərə alaraq Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovdan münasibət öyrənib. O bildirib ki, hazırda alternativ vasitələrlə sərnişinləri daşımaq mümkün olan şey deyil: "Metroda generatorlar, sadəcə, stansiyaları işıqlandırmaq və bəzi təlabatlar ödəmək üçündür. Qatarları hərəkətə gətirmək, onların hərəkətdə olmasını tənzimləmək üçün lazım olan elektrik enerjisi tam fərqli bir şeydir. Bu, bizim məişətdə işlətdiyimiz 220 volt enerji deyil. Qatarların təmas reysində 825 volt gərginlik olur. Aradakı fərqə baxın. Üstəgəl, bunların daim işlək rejimdə olması məsələsi var. Yəni, bu, çox ağır prosesdir. Generatorlar da o gücdə deyil ki, sərnişinləri tuneldən təxliyə edə bilsin. Generatorlar ışıqlandırmağa və xəstəxanada hansısa təcili əməliyyatlar aparmağa kömək edə bilər. Metrodakı qəza işığından dünən tuneli işıqlandırdıq".

Onun sözlərinə görə, dünya təcrübəsində də metro təlimatında təxliyə məsələsi və onun qaydaları yazılıb: "Amma bu sahədə yavaş-yavaş inkişaf var. Gələcəkdə belə problemlərin həlli üşün müəyyən işlər artıq görülür. O cümlədən, Bakı metrosunda da bu istiqamətdə işlər görülməkdədir. Həmin işlərin nədən ibarət olması haqqında isə gələcəkdə ictimaiyyətə məlumat veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1327   Tarix: 04 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

22:00 101
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 84
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 166
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 208
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 146
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 167
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 128
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

20:50 102
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

22:10 76