APA TV-nin rəhbəri işdən ayrıldı - Yeni direktor təyin olundu

APA TV-nin rəhbəri işdən ayrıldı - Yeni direktor təyin olundu"APA Holding" MMC Direktorlar Şurasının iclası keçirilib.

Direktorlar Şurasının sədri Nurşən Quliyev gündəlik barədə məlumat verib.

Bildirib ki, iclasda "APA Holding" MMC-nin birinci yarım il üzrə maliyyə hesabatı dinləniləcək, bundan başqa, Direktorlar Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılacaq.

BiG.AZ xəbər verir ki, şirkətin birinci yarım il üçün maliyyə hesabatı barədə "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı məlumat verib.

Direktorlar Şurasının üzvləri müzakirələrdən sonra hesabatı qənaətbəxş sayaraq, qəbul ediblər.

Növbəti məsələ barədə məlumat verən Nurşən Quliyev APA TV-nin direktoru Vüqar Hüseynovun öz ərizəsi ilə işdən ayrıldığını, bu səbəbdən onun APA TV-nin direktoru vəzifəsindən azad edilməsi və Direktorlar Şurasının üzvlüyündən çıxarılması məsələsinə baxılmalı olduğunu bildirib.

Müzakirələrdən sonra Vüqar Hüseynovun APA TV-nin direktoru vəzifəsindən azad olunması və Direktorlar Şurasının üzvlüyündən çıxarılması təsdiqlənib.

N. Quliyev şirkət prezidenti tərəfindən APA TV-nin direktoru vəzifəsinə Cavid İsmayılın namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb.

Direktorlar Şurasının üzvləri C. İsmayılın APA TV-in direktoru təyin olunmasının lehinə səs veriblər.

Bundan başqa, C. İsmayılın və "APA-Economics"in redaktoru Musa Əhmədovun Direktorlar Şurasının üzvlüyünə qəbul edilməsi məsələsinə də baxılıb.

Hər iki şəxs yekdilliklə Direktorlar Şurasının üzvlüyünə qəbul edilib. (apa)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 02 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 229
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 241
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 298
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 217
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 206
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 195
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 247
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 2834
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 107