Qarabağ atları ilə bağlı sevindirici xəbər - FOTO

Qarabağ atları ilə bağlı sevindirici xəbər - FOTOTarixən Azərbaycanın fəxrinə çevrilən, ona şöhrət qazandıran milli sərvətlərdən biri də Qarabağ atları olub. Qarabağ atları haqqında məlumatlarla tanış olanda görürük ki, bu növ Qafqazda və Asiyada ən qədim at cinsi hesab edilir.

XVII-XVIII əsrlərdə bu at cinsi Qarabağ xanlığında daha da təkmilləşdirilib. Bu cinsdən olan atlar, hətta Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Qarabağ atları beynəlxalq cıdır yarışlarında da bir çox uğurlara imza atmaqla Azərbaycanı dünyaya tanıdıb. Qarabağ atlarından ən qiymətli hədiyyə kimi istifadə olunduğu da məlumdur. SSRİ dövlət başçısı Nikita Xruşşov İngiltərə kraliçasına məhz Qarabağ atı bağışlayıb.

Çevik, iti qaçışlı, dağ minik at cinsi olduğundan Qarabağ atlarından hələ lap qədim zamanlardan hərbi məqsədlər üçün də istifadə edilib. Sonralar rus süvari qoşunlarında, və yaxın Qarabağ döyüşlərində də igidlərimizin yardımına çatıb. Qarabağ döyüşlərində dağlıq mövqelərə silah-sursat daşımaq üçün atlardan istifadə edilib.

Qarabağ müharibəsindən sonra qarabağlılar kimi Qarabağ atlarının da həyatı təhlükə ilə üz-üzə qalıb. Ağdam işğal olunanda atçılıq zavodu üçün də böyük təhlükə yaranıb. Lakin vaxtında görülən tədbirlər sayəsində atları vaxtında köçürmək mümkün olub. Atlar əvvəlcə Yevlax rayonu ərazisində məskunlaşdırılsa da, əlverişli şərait olmadığına görə sonralar Ağcabədi rayonuna köçürülüb.

Talellərinə didərginlik yazılmış Qarabağ atları illərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanılıb. İllərlə diqqət və qayğından kənarda qalıblar. Ancaq sevindirici haldır ki, Qarabağ atlarının əvvəlki şöhrətini yenidən qaytarmaq istiqamətində işlər görülməyə başlayıb.

Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov təyinat aldığı bu qısa müddət ərzində iki dəfə Ağdam Atçılıq Zavodu üçün inşa olunan tikintiyə baş çəkib. Azərbaycan Atçılıq Federasiyasının prezidenti general mayor, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də işlərin gedişatı ilə yaxından tanış olmaq məqsədilə ərazidə olub.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, iş icraçısı Fəqan Əliyev bildirib ki, burada işlərin icrasına hələ 2015-ci ildən başlanıb. Arada maliyyə çatışmazlığı olduğundan işlər bir müddət ləngiyib. Ancaq İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndən sonra işlərin gedişatı sürətlənib. Nazirin tapşırığına əsasən, sentyabrın 1-nə qədər işlərin yekunlaşacağı və təhvil verilməsi gözlənilir.

Layihənin icra olunduğu məkan 30 hektar ərazini əhatə edir ki, onun da 15 hektarı tikinti altına düşür. Qalan 15 hektar ərazidə isə yaşıllıqların salınması, ağac və gül kollarının əkilməsi, ot örtüyünün çəkilməsi planlaşdırılır.

F.Əliyev deyib ki, layihənin planına əsasən, ərazidə atlar üçün tövlələr, tamaşaçıların yarışları izləyə biləcəyi cıdır meydanı, atabaxanlar üçün evlər, karantin yerləri, laboratoriya, sərgi salonu tikilib istifadəyə veriləcək.

İş icraçısı onu da vurğulayıb ki, atçılıq zavodunun tikintisində istifadə olunan materialların 80 faizə qədəri xaricdən, əsasən, İran və Hollandiyadan gətirilib. Bu da işlərin yüksək keyfiyyətlə başa çatdırılmasına zəmanət vermiş olur.

Ümid edirik ki, görülən kompleks tədbirlər sayəsində Qarabağ atları Azərbaycana bundan sonra da şöhrət qazandıracaq.

Qarabağ atları ilə bağlı sevindirici xəbər - FOTOQarabağ atları ilə bağlı sevindirici xəbər - FOTOQarabağ atları ilə bağlı sevindirici xəbər - FOTOQarabağ atları ilə bağlı sevindirici xəbər - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2220   Tarix: 01 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3