Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?
XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbaycan» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı); «Azərbaycan türklərinin ədəbiyyatı» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də «türk milləti», «azərbaycanlı» («Kəşkül»-Ünsizadələr), «Azərbaycan türkləri» (Ə.Hüseynzadə), «Azərbaycan sadə türkcəsilə» (Ü.Hacıbəyli), «Azərbaycan (türk) arvadları» (Y.V.Çəmənzəminli), «türk Azərbaycan qəzeti», «azərbaycanlı-türk», «Azərbaycan türk muxtariyyəti» (M.Ə.Rəsulzadə) və b. istilahlar gündəmə gətirildi.
XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaziya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı».
«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən «Azərbaycan» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.
Ancaq «Azərbaycan» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi Qafqazda qurulan yeni tipli dövlətlərdən birinin «Azərbaycan Cümhuriyyəti» adlanması olmuşdur. Halbuki, Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: «Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan Azərbaycan hazırda Azərbaycanın şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər». Deməli, «Azərbaycan» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» anlamdan kənara çıxaraq siyasi-ideoloji məna kəsb etmişdir. «Tarixi-coğrafi Azərbaycan» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də «Azərbaycan türk milləti», «Azərbaycan türk xalqı», «Azərbaycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilahlar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi status qazanmağa başlamışdır
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 3008 Tarix: 24 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus
05.05.2024 130 Daha bir erməni yalanı ifşa edildi - VİDEO
Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən
05.05.2024 131 Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY
Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u
04.05.2024 214 GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər
Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini
05.05.2024 152 ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi
05.05.2024 161 Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb
İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id
05.05.2024 130 Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını
05.05.2024 140 Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO
Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib
05.05.2024 1163 ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill
04.05.2024 230