Sampaoli: "Messi məni qucaqlayanda xoşbəxt oldum"

Sampaoli: "Messi məni qucaqlayanda xoşbəxt oldum"Argentinanın baş məşqçisi Xorxe Sampaoli Nigeriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

BiG.AZ həmin müsahibəni təqdim edir:

- Nigeriya haqqında nə deyə bilərsiniz?
- Çox yaxşı oyunçuları var. Ahmed Musa və başqaları daha artığını edə bilərlər. Hətta dünya çempionatında çox yüksək səviyyədə oynaya bilərlər. Onlar daha çox təcrübəyə malik olsaydı, bir az da güclü Nigeriya görəcəkdik. İlk hissədə onlardan daha yaxşı oynadıq. Topa sahib idik və irəli gedirdik. Penaltidən sonra isə narahat olmağa başladıq. Keçə bilməyəcəyimizi düşündükcə üzərimizdə təzyiq hiss edirdik. Qəlbimizlə oynadıq, sanki üsyan etdik. Çətin iş görmüşük. Lakin bu gələcək üçün yaxşıdır.

- Taktika və psixoloji cəhətdən qazandınızmı?
- Oyunçularımız inanırdılar. Onlar bilirdilər ki, güclü futbolçudurlar. Yalnız bunu meydanda göstərmək lazımdır. Bu gün çox çətin rəqibi məğlub etdik. Onlara qarşı dost kimi oynadıq. "Döyüşmək" üçün gücümüz var idi. Nigeriyaya qarşı oyun dönüş nöqtəsi idi. Dəyişikliklər etmək istəyirik. Oyunçularımız cəsarətli oynadılar. İkinci qolu atmaq möhtəşəm idi.

- Messi özünü necə hiss edir? İlk iki həftədən sonra sanki özünə qapanmışdı...
- Messi məni qucaqlayanda xoşbəxt oldum. Onun çox duyğulandığını bilirdim. Leo bilir ki, hər gün növbəti oyun haqqında düşünürəm və məni yaxşı tanıyır. Onun oyunlarına son vaxtlar çox baxırdım. Rusiyaya gəlmək və burda uğur qazanmağın çox böyük bir şey oduğunu hamımız dərk edirik. Mərkəzdə 3 oyunçu ilə düzgün oynadıq. Messi sağda çıxış etdi. Sonra isə oyunu mərkəzə keçirməyə çalışırdı. Baş məşqçi bilir ki, Messi üçün rahatlıq yaratmaq lazımdır ki, hər kəs onun ətrafında oynasın. Əks-halda dünyanın ən yaxşı oyunçusu var, amma görünməyəcək. Digər oyunçular da istifadə edilməlidir.

- Azarkeşləriniz oyunboyu rəqs etdilər...
- Fanlarımız təşəkkür edirəm. Özümüzü Argentinadakı kimi hiss etdik. Bu bizi irəli daşıyırdı. İnsanlar uzaqdan gəldilər və biz onlara xoşbəxtlik bəxş etdik. Təkcə stadionda deyil oteldə də dəstəyimiz var idi. Mənim yaxşı səsim yoxdur, amma azarkeşlərimizin oxuduğu bütün mahnıları sevirəm. (qafqazinfo)


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 678   Tarix: 27 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286