"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə sabitlik yarandı" - Prezidentin ÇIXIŞI

"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə sabitlik yarandı" - Prezidentin ÇIXIŞI"Mən sizi və bütün xalqımızı ordumuzun 100 illiyi münasibəti ilə təbrik edirəm".

BiG.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

Prezident bildirib ki, "Azərbaycan silahlı qüvvələrinin bütün üzvlərinə yeni uğurlar və nailiyyətlər arzulayıram. Keçən ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd elədik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən ən mühüm qərar Azərbaycan ordusunun yaradılması ilə bağlı idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra respublika süqut etdi və Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. Bu bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq ponu əldə etməkdən çətindir. Aqzərbaycanın müstəqilliyi 1991- ci ildə yenidən bərpa edildi. Ancaq bildiyimiz kimi müstəqiliyyimizin ilk iki ili çox ağır keçib. Faciəvi illər idi. Sanki tarix 20-ci əsrin sonunda təkrarlanırdı. 1991-1993-cu illərdə Azərbaycan böyük fəlakətlərlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxilində daxili çəkişmələr, vəzifə uğrunda çəkişmələr ölkəmizi daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, böhran hökm sürürdü. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyası arasında dövlət çevrilişi dövləti daha da ağır vəziyyətə saldı. Azərbaycanda vəziyyət kritik vəziyyətə çatmışdı. Bundan istifadə edən Ermənistan gənc dövlətimizə qarşı işğalçılıq siyasəti aparırdı. Bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşüb. Müstəqilliyimiz ilk iki ili dövlətimizin gələcəkdə müstəqil yaşamasını sual altına qoyurdu. Belə bir vaxtda Azərbaycan xalqı müdriklik göstərib Ulu Öndərimizə müraciət edib, onu hakimiyyətə dəvət etdi. Ancaq Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə sabitlik yarandı. Müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı qüvvələr Azərbaycan müstəqilliyini qoruya bilməmişdi. Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilən bir çox mühüm qərarlar nəticəsində nizami ordu yaradıldı".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 972
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

14:31 623
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

15:32 100
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

17:20 188
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

21:11 0
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 714
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

14:08 278
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 1044
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 659