XİN "Eurasianet" portalına CAVAB VERDİ

XİN "Eurasianet" portalına CAVAB VERDİNyu-Yorkda yerləşən "Eurasianet.org" portalında 22 iyun tarixində dərc olunan ""Müharibənin kölgəsində: Ermənistanın müdafiə dəhlizində həyat" adlı məqalədə Zəngəzur regionunun tarixi, ermənilər tərəfindən həmin ərazidə törədilən qırğınlar, Njde Qarageninin əməlləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri təhrif olunmuş formada təqdim olunub.

BiG.AZ-ın məlumatına görə, bununla əlaqədar, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda cavab məqaləsi ilə çıxıb edib.

Məqalədə Hikmət Hacıyev bildirib: "Sizin yazı Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız bir tərəfin mövqeyini əks etdirir və Zəngəzur regionu ilə əlaqədar obyektiv tarixi məlumatı təmin etmir. Təəssüflə qeyd etməliyəm ki, müəlliflər Zəngəzurda köklü Azərbaycan-müsəlman əhaliyə qarşı törədilmiş qırğınların üzərindən sükutla keçirlər. Mən həmçinin, müəlliflərin Njde Qareginin şəxsiyyəti ilə bağlı təsvirləri ilə tamamilə narazıyam".

XİN rəsmisi Azərbaycanın Dövlət Arxivində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi Föqəladə İstintaq Komissiyasının 1918-1920-ci illərdə Njde Qaregin və digərlərinin rəhbərliyi altında erməni hərbi birləşmələrinin Zəngəzurda törətdikləri qırğınlar barədə çoxsaylı sənədlərinin olduğunu yazıb. O həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin mülki azərbaycanlılara qarşı törədilən bu kütləvi qırğınların dayandırılması üçün Qafqazdakı Britaniya hərbi qüvvələrinin rəhbərliyinə demarş göndərdiyini də qeyd edib.

Hikmət Hacıyev AXC Fövqəladə İstintaq Komissiyasının sənədlərinə görə Njde Qareginin əməlləri nəticəsində Zəngəzur regionunda 10.000 nəfərdən artıq mülki azərbaycanlının öldürüldüyünü, 115 Azərbaycan kəndinin isə yerlə-yeksan edildiyini, Zəngəzurla bərabər Göyçə və İrəvan regionlarının Azərbaycan əhalisinin də eyni faciəvi haldan əziyyət çəkdiyini diqqətə çatdırıb.

Kütləvi qırğınlar və etnik təmizləmədən sonra demoqrafik tərkibi kəskin dəyişən Zəngəzurun Qafqazın işğal edilməsi ilə bolşeviklər tərəfindən Ermənistana verildiyini yazan Hikmət Hacıyev bunun nəticəsində süni yolla Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrılmasının aydın sezildiyini qeyd edib.

O, İkinci Dünya Müharibəsində Njde Qareginin faşist Almaniyasına qoşularaq Hitlerin generalı kimi yəhudulər, ruslar, ukraynalılar və digərlərinin kütləvi qətlini təşkil etdiyi barədə məlumat verərək Njdenin irqçi və ultra-şovinist təliminin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Respublika partiyasının ideoloji əsasını təşkil etdiyini bildirib.

80-ci illərin sonunda SSRİ-nin dağılması ərəfəsində azərbaycanlıların Zəngəzur və Göyçə mahalı daxil olmaqla Ermənistandan qovulmasının yeni dalğasının başladığını deyən Hikmət Hacıyev nəticədə Ermənistanda mono-etnik dövlətin yaradıldığını, amma faciənin hələ bununla bitmədiyini nəzərə çatdırıb. O əlavə edib ki, 1991-ci ildən etibarən "Böyük Ermənistan" xülyası ilə Ermənistan Azərbayacan qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə 700.000 nəfərdən artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Ermənistanın Syunik adlandırdığı Zəngəzur regionunda bu gün mövcud olan işsizlik və yoxsulluğun səbəbinin Ermənistanın mifik "Böyük Ermənistan" xülyası və qeyri-real ərazi ekspansiya ambisiyası olduğunu yazan XİN rəsmisi aparılan propaqanda nəticəsində Ermənistanda və erməni diasporasında bir çoxlarının hələ keçmişin əsiri olduğunu və buna inandığını bildirib. Vaxtilə hərəkətin yüksək olduğu və Mehridən keçərək Azərbaycan/Naxçıvan, Ermənistan və İranı birləşdirən dəmir yol xəttinin nəyə görə qapalı olması barədə sualla çıxış edən Hikmət Hacıyev bunun səbəbinin Ermənistanın ərazi ekspansiya siyasəti olduğunu yazıb.

Məqalədə Hikmət Hacıyev Ermənistanın düçar olduğu özünü təcrid vəziyyətindən çıxışın qonşulara qarşı ərazi iddialarına son qoymaq, BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq və qonşularla sivil münasibətlər qurmaq olduğunu vurğulayıb. O yazıb: "Nə qədər tez Ermənistan bu reallığı dərk edərsə, bir qədər də tez Ermənistan əhalisi üçün yaxşı olar və onlar da regional əməkdaşlıq imkanlarından faydalana bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 261   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

19:10 0
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

12:24 131
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

15:40 0
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

20:10 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

18:20 0
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 388
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269