"Şapalağı qoy qulaqlarının dibinə, sübut et ki, zarımırsan"

"Şapalağı qoy qulaqlarının dibinə, sübut et ki, zarımırsan"Xəbər verdiyimiz kimi, "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı müğənni Roza Zərgərli olub.

Axşam.az-ın məlumatına görə, ifaçı onuncu yerə Günay İbrahimlini, doqquzuncuya isə əməkdar artist Tünzalə Ağayevanı layiq görüb:
"Tələbəlik yoldaşım. Məndən bir kurs böyükdür, yaşca da böyükdür. Sadəcə illər sonra tədbirlərdən birində 2002-ci ildə mükafat verilirdi. Tünzalənin onda çox "guruldayan" vaxtları idi. Məşhurluğunun pik nöqtəsindəydi. Orada görüşdük. Gördüm məni tanımadı. Dedim, bir yerdə oxumuşuq, Tünzalə. Yenidən səhnəyə dönüşümdə mənə dəstək olub, bunu unutmaram. Mükəmməl ifaçı və bəstəkardır. Yaxşı insandır. Sadəcə mahnını artıq çox eşitmişəm. Klip düzgün deyil. Öz dövründə mahnı klipsiz də sevildi".

Əməkdar artist Miri Yusifi uzun müddətdir tanıdığını deyən sənətçi ona bir neçə irad bildirb:

"Bilmirəm, məşhur olanda, onlar bizim konsertimizdə oxuyanda biz niyə dəyişmədik. Məşhurlaşdıqdan sonra qəbullarına belə düşmək alınmır. Deyirik tədbir var, mənimlə prodüseri danışır, özü yox. Prodüseri də dostumuzdur, illərdir tanıyıram. Amma bu düzgün deyil. Mənimlə o zaman prodüser danışar ki, onlar da məni yığanda mənim prodüserim açar telefonu. Mənimlə köməkçi danışa bilməz, çünki köməkçim heç kimlə danışmır. Məşhurlaşdıqdan sonra ünsiyyətdə olduğun insanlara qarşı xasiyyətin dəyişməməlidir. Mahnı zövqümcə deyil. Elə hitləri var ki, övladlarım dinləyir".

İfaçı yeddinci yeri müğənni Damlaya verib:

"Damlanın problemi sakit olmasıdır. Ola bilər ki, o, Roza Zərgərlinin yolunu siyasətdə davam etdirir. Nə qədər pisləyirlərsə, susur. Buna görə onu sevdim. Bir qəşəng klassik albom hazırla. Sübut et ki, xəstəxanada zarımırsan. Şapalağı da qoy qulaqlarının dibinə, onda gedəcəksən qabağa. Onda olacaqsan mənim üçün "super star". Xalq təklənəni sevir. Şou-biznesin 70-80 faizi ona qarşıdır. Buna görə xalq onu birinci edəcək. Ağlınız olsun pisləməyin. Tərifləyin ki, geri getsin".

Bəstəkar-müğənni Murad Arif , Ramin və Rəhim Rəhimlinin ifasını altıncı pilləyə layiq görən Roza Zərgərli mahnının tezliklə hit olacağını qeyd edib:

"Vizit kart"ımın bəstəkarı Murad Arif. "Almalarım", "Oppalar", "Atəş", "Dondurma". Star yox, amma çox məşhur müğənni ola bilər. Çünki ifası üzərində işləyir. Yanındakı ağ baş oğlan da mənim ürəyimdir. Sözün həqiqi mənasında o, öz yerində deyil. Bundan üstün pillədə olmalıdır. Bəzi ələdiyim oğlanlardan öndə olmalıdır. Çünki Miri Yusif stadionu doldura biləndə başqaları bunu bacarmırdı. Ramin dəyişən insan deyil. Rəhim Rəhimli illər boyu dəyişməyən ifaçılardandır. Çünki biz hamımız eyni vaxtda başlamışıq. Hit olacaq".

İfaçı müğənni Xatirə İslamın mahnısına beşinci pilləni verib:

"Sənətdə məni sevməyən insan məndə zəifdir, sevən isə güclü. Xatirə güclüdür. 24 saat bir yerdə olmuruq. Amma şoudan sonra yazdığı statusda özümə qarşı hörmət hiss etdim. Statusunda da qeyd etmişdi ki, mənim rekordumu qıra bilmədin. Səhhətimdə problem var, 32 saatdan artıq dayana bilməzdim. Elə etdim ki, qarşı tərəf bezsin. Xatirə 72 saat dayanıb. Hər hünərli oğlanın işi deyil".

Roza müğənni Ramal İsrafilovun səsini də, ifasını da bəyəndiyini bildirib:

"Ramalı ilk dəfə "A trio"da tanımışam. Hüseyn Əzizoğlunun atası Abbas Bağırovun triosundan".

Zərgərli yenicə barışdığı Aygün Kazımovanı ikinci pilləyə qoyub. Roza bildirib ki, birinci pilləyə xalq artisti Brilliant Dadaşovanı layiq görür:

"Qəlbimin şahzadəsi. Yenilməz batalyonumun kraliçası. Gözəl sənətkarım. Mən bu qadından heç zaman mənfi aura almıram. Bu gün burada hakim mənəmsə, idarəmdə birinci odur. Əgər Rauf Aygün Kazımovanın yanında olmasaydı, qalacaqdım ikisinin arasında. Sağ olsun Rauf ki, bir yerdədilər. Brilliant xanımın elə mahnısı yoxdur ki, onu sevməyim, dinləməyim. Onun mahnılarını oxumuram. Brilliant mahnını oxuyubsa, ondan sonra özünü öldürmə. Kim də oxuyursa, yekəbaşlıq edir".

Müğənni aparıcı Nanə Ağamalıyevanı isə siyahıdan kənarlaşdırıb:

"Əgər Nanəni birinci, üçüncü, beşinci pilləyə qoysam, ifaçılar mənə deyər ki, Nanə gəlsin canlı oxusun. Mahnıya dəyər veririk. Klip yaxşıdı. İkinci mahnı gözləyirəm, həm də ritmik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1587   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 671
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

20:30 128
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 1838
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 6137
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2739
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1444
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3974
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 1115
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1667