Elnarə Rzayevanın "öldürdüyü" qız danışdı: "Məni şantaj edir"

Elnarə Rzayevanın "öldürdüyü" qız danışdı: "Məni şantaj edir"Son günlər adı müştəriləri ilə qalmaqaldan düşməyən kosmetoloq Elnarə Rzayevadan daha bir şikayət var.

Axşam.az-a şikayət məktubu göndərən Sevda Nəcəfova adlı xanım kosmetoloqla aralarında yaşanan söz-söhbətdən bəhs edib. Sevda bildirib ki, Elnarə Rzayeva ondan intiqam almaq üçün sosial şəbəkədə fotosunu paylaşıb və ölüm xəbərini yayıb:

"Kosmetoloq Elnarə Rzayeva məni metroda şortik geyindiyi üçün tənqid edilən qız kimi təqdim edərək, ölüm xəbərimi yayıb. Halbuki mənim həmin qıza heç bir aidiyyatım yoxdur. Elnarə Rzayeva problem yaşadığı hər kəsin şəklini paylaşaraq, bu cür təhqiramiz və yalan məlumatlar yayır. Videosu yayılan şortikli qızla heç bir oxşarlığım olmasa da, Elnarə Rzayeva mənim məhz həmin qız olduğum xəbərini yayıb. Üstəlik həmin videodan sonra intihar etdiyimi bildirib. Fotoma diqqətlə baxsanız, görərsiniz ki, mən o qız deyiləm.
O, bundan əvvəl də şəklimi paylaşaraq, təhqiredici sözlər yazıb. Bütün bunları polisə təqdim etmişəm. Ümumiyyətlə, Elnarə Rzayeva ondan şikayətçi olan, klinikasından narazı qalan hər kəsin fotosunu İnstaqram səhifəsində paylaşıb, təhqiredici və yalan məlumatlar yazır. Onun İnstaqram səhifəsi belə xanım fotoları və yalan məlumatlarla doludur. Hətta ondan narazı qalan xanımların şəxsi məlumatlarını, telefon nömrələrini də yayır".

Sevda Nəcəfova kosmetoloqla aralarında yaşanan narazıçılığın da səbəbini açıqlayıb:

"Elnarə Rzayeva ilə əməkdaşlığımız olub, ona məhsul vermişəm, əvəzində işimi öz səhifəsində reklam edib. Sonuncu reklamı isə qoymaq istəmədi. Hətta ona pul da verdim. Nə pulumu qaytardı, nə də işimi gördü. Ödənişi geri istəyəndə, məni təhqir etdi. Daha sonra isə onun zərər vurduğu müştəriləri gördüm. Saytlarda çıxan xəbərləri səhifəmdə paylaşırdım. O da məni şantaj edib intiqam alacağını deyirdi. Sonra başladı şəkillərimi öz səhifəsində paylaşıb bu cür sözlər yazmağa".

Qeyd edək ki, E.Rzayeva son günlər müştərilərinə vurduğu ziyanla gündəmə gəlib. O, dodağa vurulan sintetik dolğunu dərmanla əridəcəyini deyərək, müştərilərin dodaqlarını yandırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2446   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 218
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 442
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 274
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 783
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1067
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 113
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 99
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 659
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 400