Deputatdan Dövlət Neft Şirkəti ilə bağlı qərara ETİRAZ

Deputatdan Dövlət Neft Şirkəti ilə bağlı qərara ETİRAZ"Son 4 ayın iqtisadi göstəricilərinə baxarkən, inkişafın baş verdiyi görünür. Müsbət saldo yaranıb, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,2 faiz artıb və bunlar yaxşı nəticələrdir. Gəlirlərin kəskin azalması, neftin qiymətinin yüksək olması belə bir fikir oyadır ki, Azərbaycan hökumətində artıq arxayınçılıq yaranıb. Qeyri-neft sektorunun inkişafına, islahatların aparılmasına yer verilmir. Hesab edirəm ki, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır".

BiG.AZ "modern.az"a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcənin xərc hissəsinə baxanda əsasən xərclər pensiya, əmək haqqı və s məsələlərə yönəldilib.

"Cənab prezidentə minnətdarlığımızı bildiririk ki, "qanpulu" ilə bağlı məsələyə 58 milyon manat pul ayırdı. Həmçinin, kənd təsərrüfatı sahəsi də diqqət mərkəzində olduğu üçün ora da 100 milyon manat vəsait ayrıldı. Amma dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da düzgün deyil.

Axı biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensayaya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur".

V.Əhmədov yerlərdə, bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu bildirib.

"Biz milyardlarla pulları xərcləyirik. Amma insanlarla işləyənlər bizik. Çünki yerlərdə bizlər oluruq. İnsanlar bizim üstümüzə gəlir. Yerlərdə elə problemlər var ki, həmin insanlarımızı, həm də onların təmsilçiləri olaraq bizləri narahat edir. Ona görə də bu problemlərin həlii üçün maliyyə ayrılması daha düzgün olardı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507