Bakıda ağacları kütləvi şəkildə kəsdilər – nazirlik həyəcan təbili çalır VİDEO

Bakıda ağacları kütləvi şəkildə kəsdilər – nazirlik həyəcan təbili çalır VİDEOBakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsi 27 ünvanında kütləvi ağac kəsilməsilə bağlı şikayət daxil olub.

BAKU.WS-ə daxil olan şikayətə əsasən, hadisə bayram günlərində baş verib. Şikayətçi bildirib ki, kimliyi məlum olmayan şəxslər ağacları kəsərək yük maşınları ilə ərazidən uzaqlaşıblar.

Çəkilən görüntülərdən də məlum olduğu kimi kəsilən ağaclar "Qazel" markalı, 99 JD 861 nömrə nişanlı yük maşını ilə aparıblar.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ barədə xəbərdardılar. Onun sözlərinə görə, hazırda bu sahədə araşdırma aparılır.

"Əməkdaşlarımız həmin ərazidə olublar. Araşdırma aparılır. Araşdırmalardan sonra cavabdeh şəxslər barədə qanuna müvafiq tədbirlər görüləcək. Onların barəsində cərimələr tətbiq ediləcək", - deyə İ.İbrahimova bildirib.

Qurum rəsmisi deyir ki, belə hallarda nazirliklə birgə vətəndaşlar da mübarizə aparmalıdırlar.

"Nazirlik belə hallara qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Buna baxmayaraq yenə də ağac kəsilməsi hallarına rast gəlinir. Əsasən də paytaxtda bəzi sahibkarlar və vətəndaşlar qanuna zidd olaraq ağac kəsilir. Yaşıllıq sahələri məhv edilir. Tikinti şirkətləri yaşıllıq əraziləri nəzarə almadan tikinti işləri aparırlar. Ağaclar kəsilir və yaşıllıq ərazilərə ziyan vurulur", - deyə nazirlik rəsmisi bildirib.

İ.İbrahimova deyir ki, belə halların qarşısını almaq üçün cərimələrin məbləğini artırmaq məqsədəuyğundur.

"Cərimələr artırılmalıdır ki, bunu edən şəxslər yüksək cərimələrdən qorxaraq ağac kəsilməsindən çəkinsinlər. Bundan başqa, cəmiyyətin qınağı və vətəndaşlıq münasibətləri burada böyük rol oynayır".
Bakıda ağacları kütləvi şəkildə kəsdilər – nazirlik həyəcan təbili çalır VİDEOİ.İbrahimova deyir ki, bundan sonra vətəndaşlar tikinti gedən ərazilərdə, hasarlanmış yerlərdə ağac kəsilməsi təhlükəsi gördükdə nazirliyə xəbər versinlər. Bununla da, yarana biləcək hansısa problemin qarşısını vaxtında almaq olar.

Qeyd edək ki, vətəndaşlar beə hallarla birgə mübarizə aparmaq üçün nazirliyin 168 saylı "qaynar xətt"inə müraciət edə bilərlər. Təbiəti qorumaq üçün bütün vətəndaşlar birgə mübarizə aparmalıdırlar. Gözləmək olmaz ki, nazirlik yaxud icra hakimiyyətləri ağac kəsiləndən sonra məsələyə münasibət bildirsinlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678