Pambıqçıların zəhərlənməsində günahkar kimdir?

Pambıqçıların zəhərlənməsində günahkar kimdir?İyunun 19-da İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisədən sonra kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyəti hadisə yerinə ezam olunub. Nazir məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.
Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi.

Pambıqçıların zəhərlənməsində günahkar kimdir?Bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Saatlı, Tərtər və İmişli bölgəsində pambıqçıların zəhərlənməsinin əsas səbəbi orada zəhərli maddələrdən istifadə edilməsidir:

"Həmin zəhərli madələr pestesit və gerbisitdir. Bunları səpirlər ki, pambıq yığımını asanlaşsın. Çünki bu dərmanlar səpilən zaman tikanlar və yarpaqlar tökülür. Amma bizdə bu dərman səpilən zaman kənd camaatını və məktəb uşaqlarını həmin sahəyə salırlar. Mən şəxsən uşaqların və kəndlilərin zəhərlənməsinə səbəb olan o fermeri həmin zəhərli maddələrdə dəfn edərdim ki, başqalarına ibrət olsun. Sən pul qazanacaqsan deyə insanları niyə zəhərləyib, öldürürsən. Pambıq daha çox su sevir. Bizdə pambıq yığımında pestesit və gerbisitdən istifadə edirlər. Azərbaycan beynəlxalq konvensiyaya dail olub. Bu konvensiya pestesit və gerbisiddən istifadə edilməsinə qadağan qoydu. Ancaq istifadə olunur. Sovet dövründə kütləvi istifadə olunurdu. Hətta zəhərlənənlər gizlədilirdi. Pambıq gəlirdir. Amma gəlirə görə insanlarımı, torpağımı niyə zəhərləməliyəm? Bir az bu barədə düşünmək lazımdır. Hər rayonda Kənd Təsərrüfat Nazirliyinin nümayəndələri var. Onlar buna niyə nəzarət etmirlər? Bu zəhərli maddələr az miqdarda istifadə olunmalıdır. Ancaq tez məhsul yığmaq üçün bu maddələrdən həddən artıq çox istifadə olunur. Çünki birinci yığım pambıq daha bahalı olur".

Pambıqçıların zəhərlənməsində günahkar kimdir?Saatlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə hazırda istifadə olunan dərmanın tərkibi araşdırılır: "Təhlükəsizlik qaydalarına ehtiyac olub-olmamağı bu araşdırmalardan sonra bəlli olacaq. Təhlükəsizlik maskalarından istifadə edən də olur, etməyən də".

Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatdığı bildirilib.

Xatırladaq ki pambıqdan zəhərlənmə hadisəsi bir müddət öncə Saatlı və Tərtərdə də baş vermişdi. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459