Üç rayonda kütləvi pambıq zəhərlənməsi... - Nə baş verir?

Üç rayonda kütləvi pambıq zəhərlənməsi... - Nə baş verir?İmişli rayonunda pambıq tarlalarında becərmə işləri apararkən zəhərlənən fəhlələrdən 12 nəfəri İmişli Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

BiG.AZ xəbrə verir ki, bu sözləri teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, zəhərlənən pambıqçılara bütün lazımi yardım göstərilib, onların vəziyyəti stabildir: "Heç bir xəstənin həyatına təhlükə yoxdur. Yəqin ki, bu gün evə buraxılacaqlar".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, pambıq sahəsində çalışan insanların zəhərlənməsi ilə bağlı müvafiq komissiya yaradılıb, araşdırma aparılır, nəticə haqda geniş məlumat veriləcək.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Pirioyev də hazırda pambıq sahəslərində zəhərlənən fəhlələrlə bağlı araşdırma aparıldığını deyib. Onun sözlərinə görə, hadisənin baş verdiyi pambıq sahələrindən laboratoriya üçün nümunələr götürülüb.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, sovet dövründə pambıqçılqı geniş yayılsa da kütləvi zəhərlənmə hadisələri qeydə alınmırdı: "Pambığın yetişdirilməsində istifadə olunan kimyəvi maddələr uzun müddət torpaqda və havada qalır. İnsanlar təhlükəsizlik qaydalarına əməl etmədikdə zəhərlənmə təhlükəsi olur.

Fikrimcə, bu hadisələrdə söhbət təhlükəsizlik qaydalarının pozulmasından gedir və bu məsələ ilə bağlı vacib tədbirlər görülməlidir ki, yenidən belə hadisələr baş verməsin. İnsanlar müxtəlif müdafiə kostyumlarından geyinməli, kimyəvi maddələrin nəfəs yoluna düşməsinin qarşısı almaq üçün ilkin qoruyucu tədbir görülməlidir".

Professor əlavə edib ki, üç rayonda pambıqdan zəhərlənmələrin baş verməsi cəmiyyətdə ciddi narahatlıq yaradır: "Buna görə də ilk hadisə baş verəndə qabaqlayıcı tədbirlər görmək lazım idi. Pambıq becirilməsi işinə cəlb olunan kontingent arasında izahat işi aparılmalı, təhlükəsizlik texnikası qaydaları izah olunmalı və bu işin üzərində nəzarət artırılmalıdır".

Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatdığı bildirilib.

Xatırladaq ki pambıqdan zəhərlənmə hadisəsi bir müddət öncə Saatlı və Tərtərdə də baş vermişdi. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Sonradan onlardan 8 nəfəri Bakıya Toksikoloji Mərkəzə göndərilmişdi.

Tərtərdə zəhərlənən 14 yerli sakin isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmışdı. Hər üç faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 971   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 323
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

27.04.2024 162
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 302
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 196
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 0
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 253
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 0
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 168
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 223