Bakıda sürücü bıçaqlanıb

Bakıda sürücü bıçaqlanıb
Binəqədi rayonunda orta yaşlı kişi tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

interAz xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.

Ayna Sultanova adına parkın yaxınlığında ailəsi ilə birgə avtomobilindən enən 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Məhərrəm oğluna 2 nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri qəfil E.Atakişiyevə 4 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Qeyd edək ki, E.Atakişiyev bu gün həyat yoldaşı ilə birlikdə Rusiyadan Bakıya gəlib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 484 Tarix: 19.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol