Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı - Qriqoryan Bakıya VERİ

Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı - Qriqoryan Bakıya VERİErmənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyan dövründən qalmış oliqarxları təmizləmə əməliyyatına start verib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, "milli qəhrəman" Manvel Qriqoryanla bağlı cinayət işinin açılması əməliyyatın ilk addımı hesab olunur.

Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin spikerinə hazırda deputat mandatı daşıyan Manvel Qriqoryanla bağlı cinayət işinin açılmasına razılıq verməsi üçün müraciət ünvanlayıb.

Məlumata görə, Qriqoryanın külli miqdarda qanunsuz silah-sursat saxlamayua görə ittiham olunur.

Əslində bu maddə Qriqoryanın həbsi üçün hazırlanmış iddiadır. Əsas məsələ Paşinyanın təmizləmə əməliyyatına başlamasıdır.

Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Həmçinin, müharibədən sonra azərbaycanlı əsirləri illərlə öz həyətində qul kimi işlədib.

Müharibədən varlanmış və "qəhrəman" olaraq çıxan Qriqoryan sonrakı dövrdə parlamentin deputatı və "Yerparka" könüllülər ittifaqının sədri kimi siyasi postlarda təmsil olunmaqla yanaşı, özünə biznes imperiyası da yaradıb.

Qriqoryan I Qarabağ müharibəsindən sonra "aprel müharibəsi"ndə də ortaya çıxdı. Ermənistan ordusunda fərariliyin artmasından sonra Qriqoryan könüllüləri başına toplayaraq, Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmağa gəldi. Lakin nəticə etibarilə heç nə edə bilmədilər.

Ermənistan mediası indi yazır ki, Qriqoryan "aprel müharibəsi"ndən sonra Qarabağda qalaraq, pul qazanırmış. Onun 3 ay ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında öz statusundan istifadə edərək, pul topladığı deyilir. Yalnız şikayətlərdən sonra Serj Sarkisyan Qriqoryanı geri çağırıb.

Ermənistanda inqilab baş verən zaman Qriqoryaqn oğlunun mer olduğu Eçmiəzdin şəhərində Paşinyana qarşı barrikadalar qurmuşdu. İndi qisas növbəsi Paşinyanındır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də Xocalı soyqırımının iştirakçılarından olan Qriqoryanın həbsinə münasibət bildirib.

"Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər", - deyə XİN-in sözçüsü Hikmət Hacıyev bildirib.

Reallaşması çətin də olsa Paşinyanın Qriqoryan kimi hərbi cinayətkarları Azərbaycana təhvil verməsi ehtimalı Ermənistanın yeni hökumətinin gələcəyi baxımından ən düzgün addım ola bilər. Bununla Paşinyan həm sülh tərəfdarı olduqlarını nümayiş etdirmiş olar, həm də keçmiş hərbi xuntanın cəzalandırılmasına nail ola bilər. Lakin Paşinyan buna gedəcəkmi? Bu sualın cavabının müsbət olması ehtimalı sıfıra bərabərdir. Hərçənd, keçmiş hərbi xuntanın törətdiyi bəşəri cinayətləri ört-basdır etmək Paşinyan rejiminin də gələcəyini təhlükə altına alacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1527   Tarix: 19 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 600
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29.04.2024 386
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 131
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 189
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

29.04.2024 373
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 134
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 165
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 336