"Günaybank" rəsmisi: Bankdan qanunsuz yolla vəsaitin çıxarılması mümkün deyil

"Günaybank" rəsmisi: Bankdan qanunsuz yolla vəsaitin çıxarılması mümkün deyilBank rəsmisi: "Günaybank"dan qanunsuz yolla vəsaitin çıxarılması qeyri-mümkündür. "Günaybank" ASC-dən hər hansı vəsaitin qanunsuz yolla çıxarılması qeyri-mümkündür.

Oxu.Az-ın xəbərinə görə, bunu bankın İdarə Heyətinin Sədrinin vəzifəsini icra edən Zaur Əhmədov deyib.

Z.Əhmədov qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində "Günaybank" ASC-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır.

"Bu məlumatlar həqiqəti əks etdirmir. E.Zeynalov bir ilə yaxındır ki, Günaybank ASC-də çalışırdı. Onun şəxsi borc öhdəlikləri olması barədə şübhələr olduğundan və Bankın gələcəkdə hər hansısa bir reputasiya risklərinə məruz qalmaması səbəbi ilə E.Zeynalov - iyun ayının 5-də vəzifəsindən azad edilib.

Z.Əhmədov əlavə edib ki, E.Zeynalovun şəxsi borc öhdəliklərinin bankın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Korporativ idarəetmə standartlarına əsasən, dördgöz prinsiplərinə uyğun olaraq bankda tətbiq olunan daxili nəzarət və hesabatlıq sistemləri "Günaybank"ASC-dən hər hansı vəsaitin qanunsuz yolla çıxarılmasını mümkünsüz edir. Bank bütün normativlərə həmişə əməl etmiş və bankın maliyyə dayanıqlığı, likvidliyi tamamilə prudensial normalara uyğundur.

Bu cür dəqiqləşdirilməmiş məlumatların kütləvi informasiya vasitələri tərəfindən verilməsi əmanətçilər və bankın müştəriləri arasında çaşqınlıq yaratmaqla "Günaybank" ASC üçün cəmiyyətdə imic riski yaradır. "Günaybank"ASC kütləvi informasiya vasitələrini Bankla bağlı hər hansı bir məlumatı yaymaqdan öncə Bankın rəsmiləri ilə dəqiqləşdirməyə çağırır.

"Günay Bank" ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 23 noyabr 1992-ci il tarixli 23 Saylı İcazə əsasında fəaliyyət göstərir. 2017-ci ildə 25 illik yubileyini qeyd edən Bank öz müştərilərinə geniş spektrdə məhsul və xidmətlərin çeşidini təqdim edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 18 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0