Azərbaycanda bu bankın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı - FOTO

Azərbaycanda bu bankın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı - FOTOAzərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.

Bank çevrələrindən virtualaz.org –a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank" ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb. E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank"ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.

"GünayBank" ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da "GünayBank" ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir. Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank" ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4 milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1977   Tarix: 17 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 355
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 331
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 89
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 204
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

16:56 175
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 367
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 603
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 307
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

17:03 148