"Qızlar özlərini daha çox istədir" - Mənim balam - FOTO

"Qızlar özlərini daha çox istədir" - Mənim balam - FOTOİslam Mehrəliyev: "İşlərim çoxdur deyə, uşaqlarımı başlı-başına buraxmıram"

BiG.AZ kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Şagirdlərin həyatının ən yaddaqalan günlərindən olan "Son zəng" bayramı keçdi. Məktəb həyatı ilə vidalaşıb, gələcəyə doğru iri addımlar atan məzunların xoş günündə tanınmış aktyor, aparıcı İslam Mehrəliyevlə söhbət etdik. Aktyor bizimlə söhbətində öz məktəb illərini xatırladı.

Tanınmış aktyordan nəinki öz uşaqlığını, övladlarını da xəbər aldıq. Bu dəfə onu aktyor kimi deyil, bir ata kimi tanımağa çalışdıq. İki övlad atası olan İslam Mehrəliyev gününün çoxunun çəkilişlərdə keçməsinə baxmayaraq, uşaqları ilə məşğul olmaq üçün onlara da zaman ayırdığını deyir. İyunun 13-də qızı Məryəmin 1 yaşı tamam olan aktyor qız atası olmağın məsuliyyətindən danışdı. 2 yaşlı oğlu Məhəmmədəlinin isə ilk övlad kimi nəslinin sevimlisi olduğunu deyir.

- İslam bəy, siz öz məktəb illərinizi necə xatırlayırsınız?

- 1993-2003-cü illərdə Bakı şəhəri, Yasamal rayonu 172 saylı orta məktəbdə təhsil almışam. Bacımla bir sinifdə oxumuşam və onunla bir parta arxasında oturmuşuq. Məktəb illərində çox sakit idim. Valideynlərim deyir ki, heç zaman səndən bizə söz gəlməyib. Düzdür, məktəbdə o qədər də yaxşı oxumamışam. Ancaq müəllimlərim məndən narazılıq etməyiblər, heç kimlə işim olmayıb. Elə o vaxtımdan bilirdim ki, gələcəkdə aktyor olacağam. Qarşıma məqsəd qoymuşdum. Ancaq məktəbimizdə bayram tədbirlərində və özəl günlərdə heç vaxt mənə iştirak etməyə imkan vermirdilər (gülür). Həmişə tədbirlərdə mənim yerimə başqası iştirak edirdi.

- "Son zəng" bayramınızı necə xatırlayırsınız?

- Mənim "Son zəng"im çox sönük keçib. Həmin gün qeyri-adi heç nə olmadı. O illər uşaqları şəhərə çıxmağa qoymurdular. Çünki şəhərə böyük axın var idi. Biz də sinif yoldaşlarımızla kiçik bir məkanda "Son zəng"imizi qeyd etdik.

- İyunun 13-də qızınız Məryəmin bir yaşı tamam oldu. Sizi təbrik edirik.

- Təşəkkür edirəm. Ötən il iyunun 13-də həm "Maşın şou"da qalib olmuşdum, həm də qızım dünyaya gəlmişdi. İyunun 13-ü həyatımda ən yaddaqalan gün oldu.

- Məryəmin ruzisi özü ilə birlikdə gəlib.

- Elədir. Qazandığım maşını hələ də saxlayıram. O gündən sonra bir çox saytlarda yazıldı ki, İslam qazandığı maşını satıb borcunu ödəyib. Bəziləri də yazmışdılar ki, maşınını sataraq iştirakçılar arasında pulunu bölüblər. Ancaq məsələ elə deyil, qazandığım həmin maşını saxlayıram. Vaxtaşırı qızımı da o maşınla gəzdirirəm.

- Bir ata olaraq övladlarınız üzərində hansı məsuliyyət daşıyırsınız?

- İnsan valideyn olduqdan sonra özü üçün deyil, övladları üçün yaşayır. Bu baxımdan uşaqları gələcək üçün yaxşı və vətənpərvər bir vətəndaş kimi yetişdirmək bizim borcumuzdur. Açığını desəm, onların tərbiyəsi ilə həyat yoldaşım məşğul olur. Çəkilişlərdə olduğum üçün övladlarımın hər anına nəzarət edə bilmirəm. Ancaq evdə olduğum müddətdə uşaqlarla maraqlanıram və ciddi şəkildə onlarla məşğul oluram.

- Ancaq sizə kənardan baxanda demək olmaz ki, uşaqlarınıza qarşı çox sərtsiniz.

- Çox adam elə deyir. Elə bilirlər ki, efirdə, filmlərdə hansısa bir zarafatı edirəmsə, ailə ortamında da həmin zarafatı edirəm. Ancaq unutmaq olmaz ki, ev başqa, sənət başqadır. Uşaqlarımız gələcəyin quruculardır, onlara zaman ayırmaq lazımdır. İşlərim çoxdur deyə, uşaqları da başlı-başına buraxmıram. Biz uşaqlarla ciddi məşğul oluruq.

- Qız övladının daha şirin olduğunu və ataların qızlarını daha çox istədiyini deyirlər. Bəs sizin ailədə vəziyyət necədir?

- Məhəmmədəli evimizin ilk övladı idi deyə, onu çox istəyir, marağımızı, sevgimizi ona verirdik. Ancaq Məryəm dünyaya gəldikdən sonra sevgimiz ikiyə bölünüb. Məryəm məni görən kimi üzərimə qaçır, sarılır. İndi yavaş-yavaş danışmağa da başlayıb deyə daha da şirin olub.

- Belə başa düşdüm ki, Məryəmi daha çox istəyirsiniz?

- Elədir. Məryəm daha şirindir. Özünü istətməyi bacarır.

- Oğlunuz gələcəkdə bu müsahibəni oxusa, sizi ittiham edə bilər.

- (gülürük) Məhəmmədəli ilkimizdir. Valideynlərimin ilk nəvəsidir. Ona görə evdə hamı onu çox sevir, elə mən özüm də. İnsan balasını bir-birindən necə ayıra bilər? Ancaq nə məsələdirsə, qızlar özlərini daha çox istədirlər.

- Övladlarınızın şəkillərini sosial şəbəkədə çox az paylaşırsınız. Göz-nəzərdənmi qorxursunuz?

- Uşaqlarımın və ailəmin şəklini paylaşmağı sevmirəm. Əgər bu səhifə mənimdirsə, orda gündəlik şəkillərimi paylaşıram. Və övladlarımın şəklini güdəlik paylaşıb, kiməsə nəyisə göstərmək istəmirəm. Hərdən övladlarımın rəsmini paylaşıram və bu da mənə kifayət edir.

- Qızınızla eyni gündə doğulmusunuz?

- Məryəmlə eyni ayda doğulmuşuq. İyunun 13-ü qızımın, 19-u isə yoldaşımla mənim doğum günümdür.

- Onda öz doğum gününüzdə də hədiyyə almalı olursunuz.

- Yoldaşım hər doğum günümdə mənə hədiyyə alır. Onda yoldaşıma deyirəm ki, elə hədiyyə al ki, özün də istifadə edə biləsən (gülürük).

- Uşaqlarınız sizi efirdə görəndə hansı reaksiyanı verirlər?

- Heç vaxt övladlarıma deməmişəm ki, mənə "ata, papa" deyin. Nədənsə hər dəfə Məhəmmədəli məni efirdə görəndə "dədəm" deyib qışqırır. Bizə də maraqlıdır ki, bu söz onda hardandır.

- Oğlunuz bağçaya gedirmi?

- İstəyirik ki, Məhəmmədəlini yeni mövsümdən bağçaya yazdıraq. Artıq evdə dayanmır, nadinclik edir.

- Hazırda bağçada tərbiyəçinin uşaqları döyməsi gündəm halını alıb. Bu xəbərlər bir valideyn olaraq sizi qorxudurmu?

- Əlbəttə ki, narahat edir. Mən o hadisəni sosial şəbəkədən izləyəndə pis oldum. O döyülən uşaqların təzyiq görməsi mənə psixoloji olaraq təsir edir. Döyülən uşağın çıxılmaz vəziyyətdə qalması hissi mənə tanışdır. Çünki bu hadisə mənim də başıma gəlib. Biz bağçaya bacımla birlikdə gedirdik. Müəllimə bacımı vurmuşdu. Biz onu evdə valideynlərimizə deməyə qorxurduq. Müəlliməmiz bizim üstümüzə qışqırırdı. Hansısa uşaq səs salmışdı, müəlliməmiz elə bilmişdi ki, bacım danışır. Yatdığı yerdə bacımı vurmuşdu. Biz qorxumuzdan bunu deyə bilmədik. Bu, əslində ciddi məsələdir, onun üzərinə düşmək lazımdır.

- Bəs, o tərbiyəçi övladlarınızı vursa, hansı reaksiyanı göstərərsiniz?

- Onu indi deyə bilmərəm. Gərək o hadisəni yaşayım ki, həmin anın qəzəbi ilə nələr edə biləcəyimi deyim. Amma heç də xoş qəbul etməzdim. Övladıma qarşı qalxan əli ən sərt şəkildə cəzalandırardım.

- Bir dəfə sizin "İnstagram" səhifənizdə "Məryəmin ən yaxşı oyuncağı televiziya pultudur" - deyə paylaşımınızı gördüm. Uşağa niyə oyuncaq almırsınız?

- Bilmirəm bu nədən qaynaqlanır, nə oyuncaq verirsən-ver, yenə də gedib pultu oynadır. Bəlkə də görür ki, pult valideynin əlindən düşmür, ona görə uşağa maraqlı gəlir. Mənə elə gəlir ki, psixoloji bir şeydir.

- Bəs övladlarınızın telefonlara, planşetlərə necə, maraqları varmı?

- Onlar dəhşətli dərəcədə telefonla maraqlanırlar. İndiki dövrün uşaqları daha çox bu cür vasitələrə maraq salırlar. Uşaqların telefon işlətməsini yaxşı qəbul etmirəm. Həm uşağa ziyandır, həm də onların gec danışmasına səbəb olur. Uşaq planşetə baxır, heç kimlə ünsiyyət qurmur. Belə olan halda nitqlərində qüsur da yaranır.

- Övladlarınızdan hansı xaraktercə sizə daha çox bənzəyir?

- Məryəm mənə bənzəyir.

- "Eynən özüməm" deyirsiniz?

- (Gülürük) Hə, eynən o sözü işlədirəm. Bilmirəm, bəlkə eyni ayda dünyaya gəlmişik deyə xasiyyətlərimiz bu qədər oxşayır.

- Bəs onların gələcəyi üçün hər hansı bir yatırım etmisinizmi?

- İndi mənim özümə yatırım edən lazımdır (gülürük). Biz hər şeyə əziyyətlə nail olmuşuq. İnanıram ki, övladlarımız da gələcəkdə böyüyüb həyatdan istədiklərini əldə edəcəklər.

- Onların sizin sənətinizi davam etdirməsini istəyirsinizmi?

- İstəmərəm qızım sənətimi davam etdirsin. Ancaq oğlum istəsə mane olmaram. Onu da deyim ki, Məryəmdə artıq bu sənətə marağın olduğunu hiss edirəm.

- Qızınızın bu sənəti davam etdirməsini nə üçün istəməzsiniz?

- Bu sənət çox çətindir. Keşməkeşli yolları var. Qız uşaqları bir qədər həssas olduğundan, onun bu çətin yolda addımlamasını qəbul edə bilmərəm. Amma çox istərdim ki, həkim olsun. Gələcəyin bizə nələr göstərəcəyini indidən demək çətindir. Bunu zaman göstərəcək. Ancaq onu da qeyd edim ki, ana tərəfim incəsənət adamlarıdır. Hiss edirəm ki, qızım da onlara çəkib, oxumağa meyillidir.

"Qızlar özlərini daha çox istədir" - Mənim balam - FOTO"Qızlar özlərini daha çox istədir" - Mənim balam - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2763   Tarix: 17 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

14.12.2025 1021
.

"O ses Türkiye"nin münsifləri onlar olacaq

"O ses Türkiye"nin münsifləri bəlli olub. OLAY yazır ki, verilişin hər il 31 dekabrda ekrana gələn "O ses yılbaşı özel" çəkilişinin bu ilki münsifləri Murat Boz, Hadise, Acun Ilıcalı və aktrisa Gupse Özay olacaq. Çəkilişlərin nə vaxt başlayacağı hələ ki bəlli deyil

10.12.2025 586
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13.12.2025 542
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 1001
.

"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Axşam.az xəbər verir ki, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər:. "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə d

13.12.2025 475
.

"Uşaq Avroviziya 2025"in şərhçiləri onlar olacaq

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub. Axşam.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri tanınmış aparıcılar Azər Süleymanlı və Aysel Zahidqızı olacaq. Xatırlada

11.12.2025 289
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14.12.2025 769
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

12:40 402
.

Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO

Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr

13.12.2025 627
.

TOP MP3