Cərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYAT

Cərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATUkraynanın Vinnitsa yaxınlığında yerləşən Vişnya kəndində qeyri-adi bir məqbərə (mavzoley) var: belə ki, miras sərdabəsində, Müqəddəs Ecazkar Nikolayın kilsə-türbəsində dünya şöhrətli alim, əfsanəvi hərbi cərrah Nikolay Piroqovun V.İ.Leninin mumiyasından 40 il artıq ömrü olan mumiyası saxlanılır. Alimlər hələ də Piroqovun bədəninin mumiyalaşdırılması reseptinin sirrini açmağa nail olmayıb, ilahi qüdrət kimi ona təzim eləyib, ondan yardım istəməyə gələnlərin sayı isə durmadan artmaqdadır. Vinnitsa nekropolu (qədim şəhərin kənarında böyük qəbiristanlıq) unikaldır: dünyanın heç bir məqbərəsində mumiyalar yüz ildən artıq bu vəziyyətdə qalmır.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, mükəmməl vəziyyətdə günümüzə qədər qalan bu unikal tibb nümunəsi haqda oxuculara məlumat verir.

Yerli sakinlər mumiyanın mükəmməl vəziyyətdə qalmasının əsas sirrinin onların kollektiv dualarında, ibadətində və mərhuma düzgün münasibətlərində gizləndiyini bildirirlər: sərdabədə danışmaq olmaz, məbəddəki ibadət aşağı səs tonunda keçirilir, həkimin mumiyasını ziyarət etməyə gələnlər bir ilahi qüdrət kimi ona sitayiş edir, ondan sağlamlıq istəyirlər.

İnsanlar hələ sağlığında ikən Piroqovun loğmanlığının ilahi bir qüdrət tərəfindən idarə olduğunu hesab edirdilər. Piroqovun Milli muzey-malikanəsinin elmi əməkdaşı M.Yukalçuk aşağıdakıları söyləyir: «Piroqov əməliyyatlar keçirdiyi vaxtlarda, xəstələrin qohumları onun kabinetinin qarşısında dizi üstə dayanırdılar. Bir dəfə isə, Krım müharibəsi zamanı, cəbhə xəttində döyüşən əsgərlər bir nəfər əsgər yoldaşlarını ölümcül vəziyyətdə hospitala gətirmişlər. Belə ki, həmin əsgərin başı bədənindən ayrılmışdı. «Həkim Piroqov tikəcək», – deyə kimsənin şübhəsi yox idi».

Görkəmli cərrah Nikolay Piroqov həyatı boyunca təqribən 10 000-ə yaxın əməliyyat keçirmiş, Krım, Fransa-Prussiya və Rusiya-Türkiyə müharibələri dövründə yüzlərlə yaralının həyatını xilas etmiş, hərbi səyyar cərrahiyyə və Qırmızı Xaç Cəmiyyəti yaratmış, yeni bir elmin – cərrahi anatomiyanın əsasını qoymuşdu. Əməliyyat zamanı efir narkozdan istifadə edən ilk alim məhz Piroqov olmuşdu. Həyatının son illərini Vişnya kəndində keçirmiş alim-həkim pulsuz klinika açmış və xəstələrin qəbulu ilə ilə məşğul olmuşdu.

Mumiyalaşdırma mövzusu Piroqovu sağlığında son dərəcə maraqlandıran bir mövzu idi. Öləndən sonra bədəninin mumiyalaşdırılmasını həkimin özünün vəsiyyət etdiyinə dair bir fikir formalaşsa da, bu, heç də həqiqətə uyğun deyil. Nikolay Piroqov üst çənəsinin xərçəngi xəstəliyindən vəfat edib, o, öz diaqnozunu və tezliklə öləcəyini bilirdi. Lakin vəsiyyət və ya ona bənzər hansısa bir sənəd tərtib etməmişdi. Mərhumun xatirəsini əbədiləşdirmək məqsədilə bədəninin mumiyalaşdırılması onun həyat yoldaşı Aleksandra Antonovnanın qərarı idi. Bu məqsədlə o, Müqəddəs sinoda (1. Pravoslav məzhəbinin baş idarəsi; 2. Protestant kilsəsində: ruhanilə məclisi) məktub ünvanlamış və oranın razılığını aldıqdan sonra, yardım üçün Piroqovun şagirdi – mumiyalaşdırılma haqqında elmi əsərin müəllifi D.Vıvodsevə müraciət etmişdi.

Piroqovun bədəninin mumiyalaşdırılması sirrini dəfələrlə, təkrar-təkrar araşdırmağa çalışan alimlər həqiqətə yalnız bir qədər yaxınlaşmağa nail olub. Vinnitsa Mili Tibb Universitetinin professoru Q.Kostyuk belə deyir: «Piroqovun bədənini uzun illər çürümədən qorunub-saxlanmasının səbəbkarı olan Vıvodsevin dəqiq resepti hələ də məlum deyil. Bunu edərkən spirtdən, timoldan (dezinfeksiya maddəsi), qliserindən və distillə edilmiş sudan istifadə etməsi bəlliidir. Onun üsulunun maraqlı tərəfi odur ki, prosedur zamanı cəmisi bir neçə çərtmə həyata keçirilmişdi, daxili orqanların bir hissəsi isə – beyni, ürəyi – mərhumun bədənində saxlanılmışdı. Cərrahın bədənində piy qatlarının qalmaması da əhəmiyyətli rol oynamışdı – ölümqabağı Piroqov son dərəcə arıqlamış, ərimiş, sanki qurumuşdu».

Mumiya günümüzə gəlib çatmaya da bilərdi: belə ki, XX əsrin birinci yarısında baş verən tarixi hadisələrlə əlaqədar olaraq, mumiya bir müddətliyinə unudulmuşdu. 1930-cu illərdə soyğunçular onun tabutunun germetik qapağını sındırmış və Piroqovun üstündə olan xaçla qılıncı oğurlamışlar. Sərdabənin mikroiqlimi pozulmuş və 1945-ci ildə mumiyanı müayinə edən xüsusi komissiya onun bərpaya yararlı olmadığı nəticəsini çıxarmışdı. Buna baxmayaraq, V.İ.Lenin adına Moskva laboratoriyası bərpa (rebalzamasiya) işlərini öz öhdəsinə götürdü. Muzeyin zirzəmisində mumiyanın bərpası istiqamətində aparılan gərgin iş beş aya yaxın davam etdi. O vaxtdan bəri mumiyanın rebalzamasiyası hər 5-7 ildə bir dəfə keçirilir. Nəticə etibarilə, dünya şöhrətli alim Piroqovun mumiyasının vəziyyəti V.İ.Leninin mumiyasından əhəmiyyətli dərəcədə yaxşıdır.
Cərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYATCərrah Piroqovun MUMİYASININ SİRRİ, yaxud ÖLÜMDƏN SONRAKI HƏYAT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1419   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 208
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 204
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 332
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 133
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 196
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 189
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 241
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 407
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 224