Uşaq zorakılığına görə tutulan tərbiyəçi danışdı: "Çox peşmanam"

Uşaq zorakılığına görə tutulan tərbiyəçi danışdı: "Çox peşmanam""Uşağı döyməmişəm, tənbeh etmişəm"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüb.

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, bu gün komitənin sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər: "Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir".

T. Hüseynov həmçinin F. Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib: "Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib".

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2792   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 421
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 183
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 154
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27.04.2024 298
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

27.04.2024 180
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 312
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

27.04.2024 197
.

Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan "MQ-9" PUA-sını vurublar

Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurublar. Bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib. Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü "MQ-9 Reaper"

27.04.2024 183
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

27.04.2024 409